22 dekabr 2025-ci il tarixində məktəbin 4-cü sinif şagirdləri üçün yol hərəkəti qaydaları haqqında maarifləndirici məşğələ təşkil olunub.
"Tehsil365" xəbər verir ki, Məşğələdə şagirdlərə təhlükəsiz hərəkət qaydaları ətraflı şəkildə izah edilib, onların yol hərəkətində diqqətli olmalarının vacibliyi vurğulanıb. Tədbiri müəllimə S. Zahidət aparıb.
Şagirdlərin fəal iştirakı ilə keçən məşğələ onların təhlükəsizlik biliklərinin artırılmasına xidmət edib.

