Təhsil 365 - Logo Mobile

Gənc yazıçı Subiya İsmayılova: “Angel and Devil” daxili ziddiyyətlərin hekayəsidir

25024.12.2025 - 08:59
Gənc yazıçı Subiya İsmayılova: “Angel and Devil” daxili ziddiyyətlərin hekayəsidir

Gənc yazıçı Subiya İsmayılova ilə ədəbiyyata olan marağı, yaradıcılıq yolu və üzərində çalışdığı “Angel and Devil” adlı kitabı haqqında reportaj hazırladıq.

"Tehsil365" xəbər verir ki, O, müsahibə zamanı həm şəxsi təhsil yolundan, həm də əsərinin ideyasından ətraflı bəhs etdi.

Subiya İsmayılova hazırda məktəbəqədər təhsil ixtisası üzrə təhsil alır və bu il məzun olur. Daha öncə Rusiyada yaşayıb təhsil alan Subiya, sonradan Azərbaycana köçərək təhsilini burada davam etdirib. Bir müddət Qərbi Kaspi Universitetində dizayn ixtisasında oxusa da, müəllimlik sahəsinə olan marağı onu Ağdaş Dövlət Humanitar Kollecinin məktəbəqədər təhsil ixtisasına yönəldib.

Müsahibimiz yalnız təhsil sahəsi ilə kifayətlənmir. O, rəsm bacarığını müstəqil şəkildə inkişaf etdirib, rus dilini sərbəst bilir və yazarlıqla da məşğul olur. Eyni zamanda piano çalmağı bacardığını, gələcəkdə isə gitara öyrənməyi arzuladığını qeyd edir.

“Angel and Devil” əsərinin ideyasının yuxuda yarandığını deyən Subiya İsmayılova bildirir ki, uzun müddət fərqli və bənzərsiz mövzu axtarışında olub. Gördüyü yuxudan sonra səhər dərhal yazmağa başlayıb. Əsər üzərində ilk dəfə 2023-cü ildə işləməyə başlayıb, lakin 2024-cü ildə texniki səbəbdən yazdıqları silinib. Buna baxmayaraq, 2025-ci ilin əvvəlində yenidən yazmağa başlayaraq əsəri davam etdirib.

Maraqlıdır ki, müəllif kitabdakı hadisələrin heç birinin onun şəxsi həyatı ilə bağlı olmadığını vurğulayır. Bütün hadisələr tamamilə qurğudur. Atlas Altay və Arya Anri obrazlarını isə güclü baş rollar kimi düşünərək yaradıb. Onun sözlərinə görə, sanki bu obrazlar məhz bu kitab üçün yaranmağı gözləyirmiş. Həmçinin müəllif öz adını deyil, özüne uyğun ləqəbdən istifadə edir. Əsərində müəllif öz adını “Anya Yakar” olaraq qeyd edib.

Subiya İsmayılova oxuculara vermək istədiyi əsas mesajı belə izah edir: real həyatda pis qəlbli insanların içində nəcib hisslər, yaxşı qəlbli insanların içində isə pis niyyətlər ola bilər. “Angel and Devil” də məhz bu daxili ziddiyyətləri göstərməyi hədəfləyir.

Fantastika ilə reallığın qarışığını seçməsinin səbəbi isə tamamilə özünəməxsus bir qurğu yaratmaq istəyi olub. Müəllif deyir ki, əsərinin heç bir başqa kitabla oxşarlığının olmasını istəməyib və mövzunun sırf öz qələminə aid olmasına çalışıb.

Əsərin əsas obrazlarından biri olan Aryanın keçmişini xatırlamaması hekayəyə psixoloji dərinlik qatır. Oxucu Arya ilə birlikdə “mən kiməm?” sualını yaşayır, bu da həm daxili konflikt yaradır, həm də süjeti daha cəlbedici edir. Keçmişin parça-parça açılması emosional təsiri artırır və hekayədə daimi bir sirr hissi yaradır.

Müəllif üçün yazması ən çətin səhnə Aryanın ailəsinin qətl edilməsi ilə bağlı olan hissədir. Həmin səhnəni yazarkən çox kövrəldiyini və ağladığını deyən Subiya İsmayılova bu hissənin oxucuya da güclü təsir edəcəyini düşünür.

“Angel and Devil” kitabının iki cilddən ibarət olacağı planlaşdırılır. Bu seriyanı tamamladıqdan sonra isə müəllif sevgi romanı janrında yazmağı düşünür. Gələcək kitabından qısa bir alıntını da bizimlə bölüşür:

“Onu sevmək qərar deyildi, sadəcə başıma gələn bir hadisə idi.”

“Bəzi qarşılaşmalar təsadüf deyil, taleyin tələsik qərarıdır.”

Sonda Subiya İsmayılova hüquqi xəbərdarlıq məsələsinə də toxundu. “Angel and Devil” adlı bir çox kitabın olduğunu, lakin onun əsərinin qurğusunun tamamilə fərqli və özünə məxsus olduğunu bildirir. Hətta bir şəxsin onun qurğusuna bənzər hekayə yazdığını və bu səbəbdən hüquqi şikayət etdiyini də qeyd etdi.

Gənc yaşına baxmayaraq çoxşaxəli yaradıcılıq yolu ilə seçilən Subiya İsmayılova gələcəkdə həm ədəbiyyat, həm də incəsənət sahəsində yeni işləri ilə oxucuların diqqətini cəlb etməyə iddialıdır.

Cümşüdova Gülbadam

Xəbər Lenti

Xəzərdə Macarıstan Universiteti ilə görüş baş tutub14.10.2026 - 19:52
Xəzərdə rəqəmsallaşma platforması təqdimatı baş tutub 14.10.2026 - 19:45
Bakıda Avropa Təhsil sərgisi14.10.2026 - 19:40
Xəzər məzunlarına beynəlxalq imkan yaradıldı14.10.2026 - 19:25
Süni intellekt təhlükəsi baş tutub14.10.2026 - 19:15
Dövlət saytlarına kiberhücum cəhdi olunub14.10.2026 - 19:10
Hövsanda məktəb mühafizəçisinə hücum olunub 14.10.2026 - 19:05
NDU-da layihə təqdimatı14.10.2026 - 19:00
BP-də çalışan məzunlardan seminar14.10.2026 - 18:45
UNEC-də ikili diplom proqramı14.10.2026 - 18:40
ADNSU-da seminar keçirildi14.10.2026 - 18:30
ADNSU Tələbələri Antalyada 14.10.2026 - 18:25
ADNSU-da yaşıl enerji təlimi14.10.2026 - 18:20
Anar Osmanlı Özbəkistanda 14.10.2026 - 18:10
Zaur Məmmədov: “Cənubi Qafqazın sabitlik adasına çevrilməsi üçün Azərbaycanın tələbləri yerinə yetirilməlidir”14.10.2026 - 18:06
Prezident təqaüdünə namizəd olanların çoxu kənd məktəbliləridir14.10.2026 - 17:42
BMU-da 4SİM-in dəstəyi ilə “Apple” Səlahiyyətli Təlim Mərkəzi açılıb14.10.2026 - 17:38
“Yeddi gözə” baleti İsveç məktəbinin repertuarına daxil edilib14.10.2026 - 17:35
YAP AzTU -da müşavirə təşkil edib14.10.2026 - 17:32
“ IV Beynəlxalq Quadrat” Nəsr Festivalında ölkəmizi yazıçı Ulucay Akif təmsil edəcək.14.10.2026 - 17:25
15 Oktyabr hava necə olacaq?14.10.2026 - 17:17
Azərbaycan kiberhücumların hədəfinə çevrilir14.10.2026 - 17:10
Əməkdar jurnalist vəfat etdi14.10.2026 - 17:05
Azərbaycan Beynəlxalq İnşaat Sərgisində İtaliyanın milli pavilyonu açılıb14.10.2026 - 14:59
Gənc Tamaşaçılar Teatrında “Pullu komediya” tamaşasının premyerası olacaq14.10.2026 - 14:54
Laos Prezidenti “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət edib14.10.2026 - 14:52
Buxarada qardaşlıq nəğmələri: İki ölkə sənətçilərindən möhtəşəm konsert14.10.2026 - 14:47
Sərdar Fərəcov: Uşaqların dünyəvi təhsili və hərtərəfli inkişafı əsas prioritet olmalıdır14.10.2026 - 14:36
QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır14.10.2026 - 14:33
Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər14.10.2026 - 14:30
Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib14.10.2026 - 14:28
9 nəfər Azərbaycan vətəndaşı Qazaxıstanda təhsil alacaq14.10.2026 - 14:25
“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir14.10.2026 - 14:19
Polimer Materialları İnstitutunun əməkdaşları SOCAR Karbamid zavodunda14.10.2026 - 14:17
ADNSU tələbələri istehsalat prosesini real mühitdə öyrəniblər14.10.2026 - 14:14
Məhkumlar üçün peşə təhsili standartları yenilənir14.10.2026 - 14:12
Kəlağayı Azərbaycanın milli kimliyinin simvoludur14.10.2026 - 14:10
“Gənclər kəlağayıdan daha çox istifadə etməlidir”14.10.2026 - 14:06
Ramil Əhmədin “Yeddi Kölgə” kitabının təqdimatı keçiriləcək14.10.2026 - 12:56
BSU-da “Dil və mədəniyyət” forumu keçirilib14.10.2026 - 12:27
"Minalardan azad dünya" adlı fotosərgi keçirilib14.10.2026 - 12:25
Qırmızı Xaç: Yəməndəki xəstəxanalar yaralı axınının öhdəsindən gələ bilmir14.10.2026 - 12:14
Psixoloq-psixoterapevt Mirsadiq Muxtarov: "İnsanın həyatından zövq alması üçün öz dəyərini başqalarının nailiyyətləri ilə ölçməməsi vacibdir" 14.10.2026 - 11:52
Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq14.10.2026 - 11:39
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı14.10.2026 - 11:36
2012-ci ilin rekordu yada düşdü14.10.2026 - 11:33
Hafiz Paşayev: ADA texniki ixtisaslara xüsusi diqqət yetirir14.10.2026 - 11:28
Məleykə Abbaszadə açıqlama yaydı - Məktəblərdən danışdı14.10.2026 - 11:21