Təhsil 365 - Logo Mobile

Məktəblərdə təhsil yenidən 10 illik ola bilər

11324.12.2025 - 07:32
Məktəblərdə təhsil yenidən 10 illik ola bilər

İllər əvvəl Azərbaycanda ümumi orta təhsil 10 illik idi. Həmin dövrdə də kifayət qədər savadlı və cəmiyyət üçün yararlı insanlar formalaşırdı. Sonradan təhsilin 11 illik olması tətbiq olunsa da, bu dəyişiklik keyfiyyət baxımından gözlənilən müsbət effekti vermədi.

Bəs, bu səbəbdən məktəblərdə təhsil yenidən 10 illik ola bilərmi?

Tehsil365” xəbər verie ki, bu barədə KONKRET.az-a açıqlama verən təhsil eksperti Elmin Nuri bildirib ki, təhsilin 10, 11 və ya 12 il olması həlledici məsələ deyil.

Ekspertin sözlərinə görə, əsas diqqət tədrisin müddətinə yox, ümumi təhsil proqramının məzmununa və məqsədinə yönəldilməlidir:

“Açığı, tədris prosesinin 11 və ya 12 il olması prinsipial məsələ deyil. Burada əsas olan proqramdır. Bir insan 5 yaşından 18 yaşına qədər təhsil müəssisəsində şəxsiyyət kimi formalaşmalıdır. Məktəbin kurikulumu və təhsil strategiyası məhz buna xidmət etməlidir”.

Elmin Nuri qeyd edib ki, təhsil üçün müəyyən hədəflər və proqramlar hazırlanır, sonra bu proqramlar siniflər üzrə bölünür:

“Bu proqram 10 ilə də sığıdırıla bilər, 11 ilə də. Hətta ola bilər ki, heç biri ilə effektiv nəticə verməsin. Əsas məsələ proqramın düzgün çərçivələnməsi, siniflər üzrə balanslı bölünməsi və şagirdin şəxsiyyət kimi formalaşma mərhələlərində durğunluq yaratmamasıdır”.

Ekspert xatırladıb ki, həm sovet pedaqogikasında, həm də daha əvvəl Avropa təhsil modellərində bu proqramlar 10 ilə sığdırılırdı. Sonradan isə 11 və daha sonra 12 illik təhsil modelinə keçid baş verdi:

“Hazırda dünyada 12 illik təhsil modelindən danışılır. Bu, əslində proqramın genişləndirilməsi deməkdir. Dünya dəyişir, süni intellekt dövrü gəlir. İnsan təkcə informasiya almır, eyni zamanda onu formalaşdıran mexanizmlər də inkişaf edir. Bu mexanizmlər proqrama daxil edildikcə dərs yükü ağırlaşır”.

Elmin Nuri vurğulayıb ki, Azərbaycanda dərs yükünün ağırlığı ilə bağlı müzakirələrin əsas səbəbi də məhz proqramın həddən artıq yüklənməsidir:

“Yüklənmiş proqram heç vaxt effektiv nəticə vermir. Məncə, artıq 11 illik təhsil mövcud proqramı 21-ci əsrin standartlarına uyğun şəkildə daşıya bilmir. Nəticədə ağır dərs yükü yaranır”.

Ekspert əlavə edib ki, faktiki olaraq Azərbaycanda 12 illik təhsil artıq mövcuddur:

“Rəsmi olmasa da, məktəbəqədər hazırlıq qrupları var. Ora gedən uşaq faktiki olaraq 12 il təhsil almış olur. Ona görə də əsas məsələ illərin sayını azaltmaq və ya artırmaq yox, təhsil proqramını yenidən düşünmək və optimallaşdırmaqdır”.

Sonda Elmin Nuri qeyd edib ki, proqram elə hazırlanmalıdır ki, həm əvvəlki kimi effektiv olsun, həm də şagirdlər üçün həddindən artıq yüklənmə yaratmasın.

Amidə Zeynalova

Xəbər Lenti

"BilBacar"ın dekabr ayı üzrə hazırlıq mərhələsinə start verilib24.12.2025 - 14:10
İnnovativ dövlət idarəçiliyi modeli elmi konfransı keçirilib 24.12.2025 - 14:00
Məktəb mühiti uşağın emosional inkişafına necə təsir edir?24.12.2025 - 13:45
“Həyat təhlükəsizliyimiz öz əlimizdədir” esse müsabiqəsinin qalibləri mükafatlandırılıb24.12.2025 - 13:30
AMEA Kimya Elmləri Bölməsinin illik hesabatları təqdim olunub24.12.2025 - 13:15
ADU-da “Azərbaycan-Çin Prezident Salnaməsi" kitabının təqdimat mərasimi keçirilib24.12.2025 - 13:00
ADPU tələbələri Genetik Ehtiyatlar İnstitutunda təcrübə dərsində iştirak ediblər24.12.2025 - 12:45
“Bayraktar Teknoloji Azərbaycan” gənclər üçün Yaz Təcrübə Proqramı elan edib24.12.2025 - 12:30
Sabah bəzi yerlərə yağış və qar yağacaq 24.12.2025 - 12:10
Valideyn konfransları başa çatıb24.12.2025 - 11:50
İki kollecə direktor müavini təyin edilib24.12.2025 - 11:30
Həftəsonu məktəblərdə dərs olacaqmı?24.12.2025 - 11:10
“Rəqəmsal bacarıqlar” layihəsi 275 mindən çox şagirdi əhatə edir24.12.2025 - 10:50
“Müasir şərqşünaslığın inkişaf yolları” adlı kitab çap edilib24.12.2025 - 10:35
Azərbaycanda dini biliklər dünyəvi prinsiplər əsasında tədris olunur24.12.2025 - 10:20
Azərbaycan və Özbəkistanın elmi-tədqiqat institutları əməkdaşlığa başlayır24.12.2025 - 10:00
ADAU-da valideyn və tələbələrin təklifləri dinlənilib24.12.2025 - 09:45
9 000-dən çox müəllim təlimlərə cəlb olunub24.12.2025 - 09:30
Təhsil sistemində dini təbliğatın aparılması düzgün deyil24.12.2025 - 09:15
Gənc yazıçı Subiya İsmayılova: “Angel and Devil” daxili ziddiyyətlərin hekayəsidir24.12.2025 - 08:59
Əliabad İki Nömrəli Məktəbdə 4-cü sinif şagirdləri üçün yol hərəkəti qaydaları üzrə maarifləndirici məşğələ keçirilib24.12.2025 - 08:46
Qax rayon Tasmalı kəndində IV sinif valideyn iclası keçirilib24.12.2025 - 08:33
Qax rayon Tasmalı kənd tam orta məktəbində xarici dillər fənninin tədrisi yoxlanılıb24.12.2025 - 08:20
Astara rayon Şahağac kəndində "Məişət zorakılığının qarşısının alınması haqqında" tədbir keçirilib24.12.2025 - 08:07
Zaqatala Çökəkoba kənd tam orta məktəbində IX sinifdə dekabr ayı üzrə monitorinq sınaq imtahanı keçirilib24.12.2025 - 07:54
Zaqatala Çökəkoba kənd tam orta məktəbində II sinifdə həyat bilgisi dərsi izlənilib24.12.2025 - 07:41
Zaqatala Çökəkoba kənd tam orta məktəbində V sinifdə "Oxu dəqiqələri" keçirilib24.12.2025 - 07:28
İslam Babayevin hazırlıq kursunda ali məktəb imtahanlarında fırıldaqçılıq ittihamı ilə bağlı məhkəmə iclası keçirilib24.12.2025 - 07:15
Özəl məktəblərin illik ödənişləri – ən ucuz 2,500, ən baha 54,900 AZN24.12.2025 - 07:11
242 nömrəli tam orta məktəbdə rus dili dərsi dinlənilib24.12.2025 - 07:02
BDU ilə DTX-nin Hərbi-tibb baş idarəsi anlaşma memorandumu imzaladı24.12.2025 - 07:00
Qax rayon Tasmalı kənd məktəbinin texnik işçisi Tanrıverdi Haqverdiyev təltif edilib24.12.2025 - 06:49
Buraxılış sınaq imtahanında şagirdlərimiz yüksək nəticə göstərdi24.12.2025 - 06:36
“Əziz ata, ad günün mübarək” - Leyla Əliyevadan təbrik24.12.2025 - 06:25
Elm və təhsil naziri prezidenti təbrik edib24.12.2025 - 06:23
Şirvanda “Cənub” elektrik stansiyasının təməlqoyma mərasimi keçirilib24.12.2025 - 06:23
Birinci Azərbaycan Antarktida Ekspedisiyasından 17 il ötür24.12.2025 - 06:10
Abituriyentlər üçün repetitor son şansdırmı?-Açıqlama24.12.2025 - 06:10
Bakıda “Ağ Şəhər” layihəsinin təməlqoyma mərasimindən 17 il ötür24.12.2025 - 05:57
Azərbaycan və Türkiyə birgə peşə təhsili müəssisələri yaradacaqlar24.12.2025 - 05:45
"Azadlıq" qəzetinin ilk nəşrindən 35 il ötür24.12.2025 - 05:44
Babək Ələkbərov – Vətən Müharibəsi Qəhrəmanı və general-mayor24.12.2025 - 05:31
Qəbul imtahanı iki fəndən ibarət ola bilər - Açıqlama24.12.2025 - 05:30
Zəki Kazımzadə – Elektrotexnika sahəsinin öncüsü24.12.2025 - 05:18
ADNSU rektoru 100 uğurlu tələbə ilə görüşüb24.12.2025 - 05:15
Ziya Musa oğlu Bünyadov – Azərbaycan şərqşünaslığı və tarixşünaslığının görkəmli alimləri24.12.2025 - 05:05
Azərbaycan animasiya sənətinin tanınmış siması Bəhmən Əliyevin xatirəsi anılır24.12.2025 - 04:52