Təhsil 365 - Logo Mobile

ADU-da “Azərbaycan-Çin Prezident Salnaməsi" kitabının təqdimat mərasimi keçirilib

10524.12.2025 - 13:00
ADU-da “Azərbaycan-Çin Prezident Salnaməsi" kitabının təqdimat mərasimi keçirilib

Dekabrın 24-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan-Çin strateji tərəfdaşlığının çoxillik inkişaf yolunu əhatə edən “Azərbaycan-Çin. Prezident Salnaməsi (2003-2025-ci illər)” kitabının təqdimat mərasimi keçirilib. Tədbir iki ölkə arasında formalaşmış strateji tərəfdaşlığın siyasi, iqtisadi və mədəni aspektlərinin geniş müstəvidə müzakirəsi baxımından əlamətdar hadisə kimi yadda qalıb.

Təqdimat mərasimi Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

“Tehsil365” xəbər verir ki, tədbiri açan Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla təqdimat mərasiminin xüsusi rəmzi məna daşıdığını vurğulayıb. Bildirib ki, kitabın təqdimatı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum gününə təsadüf edir. Rektor bu münasibətlə dövlətimizin başçısını səmimi-qəlbdən təbrik edib, Prezident İlham Əliyevin Azərbaycan dövlətçiliyi naminə həyata keçirdiyi mühüm işlərdən danışıb.

Akademik Kamal Abdulla bildirib ki, Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində Azərbaycan beynəlxalq arenada nüfuzlu və etibarlı tərəfdaş kimi tanınır. Xüsusilə Azərbaycan-Çin münasibətlərinin inkişafı ölkə Prezidentinin strateji baxışının, balanslaşdırılmış və çoxşaxəli xarici siyasət kursunun bariz nümunəsidir. Təqdim olunan kitab məhz bu siyasətin illər üzrə xronoloji və faktoloji salnaməsi kimi mühüm əhəmiyyət kəsb edir. Yeni nəşr Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan-Çin münasibətlərinin inkişaf mərhələlərini sistemli şəkildə əks etdirən mühüm mənbədir.

Daha sonra Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfiri Lu Mey çıxış edərək iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb, təqdim olunan kitabın xalqlarımız arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə töhfə verəcəyini bildirib.

İki ölkə arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini, qarşılıqlı hörmət və etimada əsaslandığını qeyd edən səfir bildirib ki, 2025-ci il Çin-Azərbaycan münasibətləri üçün məhsuldar il olub. Prezident İlham Əliyev iki dəfə Çinə səfər edib və Prezident Si Cinpin ilə görüşüb. İki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın qurulması birgə elan edilib, 20-dən çox əməkdaşlıq sənədi imzalanıb və siyasi etimadın daha da gücləndirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi üçün bir sıra mühüm razılaşmalar əldə edilib: “Prezident Si Cinpin və Prezident İlham Əliyevin strateji rəhbərliyi altında iki tərəf arasında bütün səviyyələrdə mübadilələr getdikcə daha da sıxlaşıb və Birləşmiş Millətlər Təşkilatı və Şanxay Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq forumlarda çoxtərəfli əməkdaşlıq səmərəli olub. Nəqliyyat infrastrukturu, yaşıl enerji və rəqəmsal iqtisadiyyat kimi sahələrdə praqmatik əməkdaşlıq durmadan inkişaf edib, "Bir kəmər, bir yol" təşəbbüsü səmərəli nəticələr verib, ikitərəfli ticarət yeni rekordlar qırmağa davam edir və qarşılıqlı vizasız siyasət iki ölkə arasında insanlararası mübadiləni və turizm əməkdaşlığını daha da gücləndirib”. Səfir bildirib ki, qarşıdan gələn 2026-cı ildə Çin və Azərbaycan arasında hərtərəfli strateji tərəfdaşlıq geniş perspektivlər və böyük potensial vəd edir.

Tədbir çərçivəsində bir sıra çıxışlar dinlənilib. ADU-nun Konfutsi İnstitutunun direktoru, Beynəlxalq münasibətlər kafedrasının dosenti, kitabın tərtibçisi Rafiq Abbasov “Azərbaycan-Çin münasibətlərinin inkişafında Prezident İlham Əliyevin rolu” mövzusunda çıxış edərək dövlətimizin başçısının uzaqgörən siyasətinin ikitərəfli münasibətlərin dərinləşməsində həlledici rol oynadığını vurğulayıb.

ADU-nun Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının professoru Əli Məmmədov “Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın yeri və rolu: Azərbaycan-Çin strateji əməkdaşlığı kontekstində” mövzusunda çıxış edərək ölkəmizin qlobal proseslərdə artan rolunu təhlil edib.

İngilis dilinin üslubiyyəti kafedrasının professoru Aysel Məmmədbəyli “Gənc alimlərin gözü ilə Azərbaycan-Çin strateji tərəfdaşlığı” mövzusunda məruzəsində yeni nəsil tədqiqatçıların bu münasibətlərə baxışını təqdim edib.

Fəlsəfə və ictimai elmlər kafedrasının dosenti Fazil Rüstəmov “Bir kəmər, bir yol” layihəsinə Prezident İlham Əliyevin strateji baxışı” mövzusunda çıxış edərək Azərbaycanın bu qlobal təşəbbüsdə tutduğu mövqeyini siyasi-iqtisadi kontekstdə şərh edib.

Tədbirin sonunda təqdimat mərasiminə dəvət olunmuş qonaqlar kitab haqqında fikirlərini bölüşüb, nəşrin beynəlxalq münasibətlər sahəsində əhəmiyyətini, praktik dəyərini vurğulayıblar. Tələbələr isə Prezident İlham Əliyevin Çin haqqında fikirlərini Azərbaycan və Çin dillərində səsləndirərək mərasimə xüsusi mənəvi çalarlar qatıblar.

Qeyd edək ki, “Azərbaycan-Çin. Prezident Salnaməsi (2003-2025-ci illər)” kitabında Prezident İlham Əliyevin 2003-2025-ci illər ərzində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafı sahəsində çıxışlar, nitqlər, müsahibələr, məktublar və məruzələr əks olunub. Kitab Azərbaycan Dillər Universiteti Elmi şurasının 4 iyul 2025-ci il tarixli iclasının qərarı ilə çapa tövsiyə olunub. Kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) və “Sinxua” İnformasiya Agentliyinin materiallarından istifadə olunub.

Nərgiz Süleymanova

Xəbər Lenti

Astara şəhər 4 nömrəli tam orta məktəbdə "Dünya Azərbaycanlılarının Uğurları və Həmrəyliyi" adlı tədbir keçirildi26.12.2025 - 07:28
Zaqatala Çökəkoba kənd tam orta məktəbində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bilik yarışı keçirildi26.12.2025 - 07:15
Zaqatala Çökəkoba kənd tam orta məktəbinin direktoru Sara Kərimova II sinifdə dərsdinləmədə iştirak edib26.12.2025 - 07:02
Zaqatala Çökəkoba kənd tam orta məktəbində Fikrət Əmirovun yaradıcılığına həsr olunmuş maarifləndirici tədbir keçirildi26.12.2025 - 06:49
Əliabad İki Nömrəli Məktəbdə 7-ci sinifdə Səttar Bəhlulzadə haqqında açıq dərs keçirildi26.12.2025 - 06:36
Əliabad İki Nömrəli Məktəbdə 5-ci sinifdə Üzeyir Hacıbəyli haqqında açıq dərs keçirildi26.12.2025 - 06:23
Zaqatala Çökəkoba kənd tam orta məktəbində Pedaqoji Şura keçirilib26.12.2025 - 06:10
Zaqatala Çökəkoba kənd tam orta məktəbində I sinifdə Həyat bilgisi dərsi izlənilib26.12.2025 - 05:57
Zaqatala Çökəkoba kənd tam orta məktəbində Həyat Bilgisi dərsinin tədrisinə nəzarət edilib26.12.2025 - 05:44
Zaqatala Çökəkoba kənd tam orta məktəbində valideyn iclası keçirilib26.12.2025 - 05:31
Bakıda Heydər məscidinin açılışından 11 il ötür26.12.2025 - 05:18
1991-ci il: Daha altı ölkə Azərbaycanın müstəqilliyini tanıdı26.12.2025 - 05:05
Xankəndinin işğalından azadlığına uzanan yol: Tarixi ədalət bərpa olundu26.12.2025 - 04:52
Milli Qəhrəman Vəzir Orucovun xatirəsi anılır26.12.2025 - 04:39
Xalq artisti Nuriyyə Əhmədovanın xatirəsi anılır26.12.2025 - 04:26
Əhməd İsayevin vəfatının ildönümüdür26.12.2025 - 04:13
Azərbaycanın tanınmış tarixçisi Nemətova Məşədixanımın xatirəsi anılır26.12.2025 - 04:00
Zərərli olan hər şeyi süngər kimi özünə çəkir25.12.2025 - 19:25
Azərbaycanda tibb işçilərinin sayı azalıb25.12.2025 - 19:09
Yayılan qripin əsas əlamətləri: Qızdırma, titrətmə və güclü ağrılar - Xəstəlik nə qədər davam edir?25.12.2025 - 18:54
"Dərsdə oturduğumuz yerdə hər gün cərimələr gəlir" - Müəllimlərdən parkinq barədə ŞİKAYƏT25.12.2025 - 18:43
Kral Çarlz Milad müraciətində insanları sosial mediadan uzaqlaşmağa çağırıb25.12.2025 - 17:27
Ankarada Azərbaycanın və Türkiyənin görkəmli şairlərinin xatirəsi anılıb25.12.2025 - 17:18
“Təhsil müəssisələrində zorakılığın qarşısının alınması" mövzusunda valideyn konfransı keçirilib 25.12.2025 - 17:06
Sumqayıt şəhər 37 nömrəli tam orta məktəbdə bilik yarışı keçirilib25.12.2025 - 16:48
“Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri" müsabiqəsinin ikinci mərhələsi başa çatıb25.12.2025 - 16:31
Çinin BYD şirkəti ilin sonunadək Azərbaycanda 300 elektrobus istehsal etməyi planlaşdırır25.12.2025 - 16:14
Sağlamlıq imkanları məhdud uşaqlar üçün maarifləndirmə tədbiri keçirilib25.12.2025 - 15:57
Təyyarə qəzası süni intellektlə anbaan canlandırıldı25.12.2025 - 15:40
Məleykə Abbaszadə: "Yeni ixtisaslar yaranacaq" 25.12.2025 - 15:29
UNEC-də ICRESS-2025 konfransının təşkilində fərqlənən əməkdaş və tələbələr təltif olunub25.12.2025 - 15:16
Nasa Aya ekspedisiya göndərəcək25.12.2025 - 15:01
Gözlənilməz təhlükə: Mavi işıq dərini sürətlə qocaldır25.12.2025 - 14:49
Bəşəriyyətin yadplanetlilərlə qarşılaşacağı təxmini zaman açıqlanıb25.12.2025 - 14:37
Sabah rayonlarda qar yağacaq - 26.12.202525.12.2025 - 14:25
ATU ilə İnformasiya Texnologiyaları İnstitutu arasında memorandum imzalanıb25.12.2025 - 14:11
Qrant müsabiqəsinin nəticələri açıqlanıb25.12.2025 - 14:00
Azyaşlı yüksək hərarətdən öldü25.12.2025 - 13:49
Mühəndislik fakültəsinin yeni binası qısa müddətdə inşa ediləcək25.12.2025 - 13:39
Elm və təhsil naziri BMT-nin Rezident Əlaqələndiricisi ilə görüşüb25.12.2025 - 13:28
Sertifikasiyaya düşəcək mövzular açıqlandı25.12.2025 - 13:14
"Əməkdaşlıq Çin və Azərbaycan arasında dostluğun möhkəmlənməsinə xidmət edir"25.12.2025 - 13:00
Tarix Muzeyində Birinci Türkoloji Qurultayın iştirakçılarına aid onlarla şəxsi sənəd və əşya saxlanılır25.12.2025 - 12:45
Şagird və tələbələr arasında statistika üzrə olimpiada keçiriləcək25.12.2025 - 12:30
UNEC tələbələri hakatonlarda ardıcıl qələbələr qazanıblar25.12.2025 - 12:15
52 məzun qızıl və gümüş nişana layiq görülüb25.12.2025 - 12:00
TTKF-nun 4 illik fəaliyyətinə dair hesabat tədbiri keçirilib25.12.2025 - 11:45
Şuşa məktəbinin direktoru vəfat edib25.12.2025 - 11:32