Təhsil 365 - Logo Mobile

AMEA Kimya Elmləri Bölməsinin illik hesabatları təqdim olunub

10424.12.2025 - 13:15
AMEA Kimya Elmləri Bölməsinin illik hesabatları təqdim olunub

Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda AMEA Kimya Elmləri Bölməsinin (KEB) Ümumi yığıncağının illik hesabatlara həsr olunmuş iclası keçirilib.

“Tehsil365” xəbər verir ki, tədbiri açan AMEA-nın vitse-prezidenti, KEB-nin sədri akademik Dilqəm Tağıyev iclasın Kimya Elmləri Bölməsinə daxil olan institutların, Radiasiya Problemləri İnstitutunun, BDU-nun Kimya və ADNSU-nun Kimya texnologiya fakültələrinin, eləcə də Bakı Ali Neft Məktəbinin 2025-ci ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına həsr olunduğunu bildirib.

Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun icraçı direktoru Nizami Mürsəlov bildirib ki, cari ildə elmi müəssisədə 3 istiqaməti əhatə edən 6 problem üzrə aparılan elmi-tədqiqat işlərinin nəticəsi olaraq 17 əsas və mühüm elmi nəticə əldə edilib.

Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı təmsil etdiyi qurumun cari ildəki hesabatını təqdim edib. Alim bildirib ki, cari ildə institutda 3 problem üzrə aparılan elmi-tədqiqat işləri nəticəsində 11 mühüm elmi nəticə əldə edilib.

Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş direktoru akademik Vaqif Fərzəliyev təmsil etdiyi müəssisədə cari ildə aparılan elmi-tədqiqat işlərinin nəticələrini əks etdirən hesabatı təqdim edib.

Akademik bildirib ki, Aşqarlar Kimyası İnstitutunun əməkdaşları tərəfindən 2025-ci ildə 17 mühüm elmi nəticə əldə olunub. Qeyd olunub ki, xüsusi təyinatlı texnikanın dizel mühərriki üçün bütün mövsümlərdə işləyən yeni motor yağı və itiyerişli yerüstü texnikanın yüksək gücləndirilmiş dizel mühərrikləri üçün yeni motor yağı işlənib hazırlanıb, həmçinin 30 faizli hidrogen peroksidlə oksidləşdirilib və 130-135 °C temperaturda tiokarbamidlə kimyəvi modifikasiya edilmiş günəbaxan yağının Ca qliseratları mineral yağ(T-1500) ilə qarışdırıldıqdan sonra 5 – 7 faiz qrafit əlavə edilməklə ekoloji tələblərə cavab verən sürtkü alınmış və tətbiqi xarakterli bu nəticələr patentləşdirilib.

Polimer Materialları İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov illik hesabat təqdim edərək təmsil etdiyi elmi müəssisədə cari ildə aparılan elmi-tədqiqat işləri, əldə olunan nəticələr, nəşr olunmuş məqalələr barədə məlumat verib. Alim bildirib ki, Polimer Materialları İnstitutunda cari ildə aparılan elmi-tədqiqat işləri 14 mühüm elmi nəticə ilə yekunlaşıb. Aparılan elmi-tədqiqat işlərinin nəticəsi 57 çap olunmuş məqalədə və 4 kitabda, 5 patentdə öz əksini tapıb. Məqalələrdən 15-i respublikada, 42-i xaricdə çap olunub.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya texnologiya fakültəsinin dekanı professor Sevinc Məmmədxanova bildirib ki, fakültədə 3 mövzu üzrə elmi tədqiqat işləri aparılıb. Fakültəyə daxil olan kafedraların əməkdaşları tərəfindən cari ildə aparılan elmi-tədqiqat işlərinin nəticəsi 3 monoqrafiyada, 12 dərs vəsaitində, 8 patent və 424 məqalədə öz əksini tapıb. Onlardan 187-i pespublikada, 237-ı xaricdə çap olunub ki, onlardan da 70-i “Web of Science” və “Scopus” bazalarında indeksləşən jurnallardadır.

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Üzvi kimya kafedrasının müdiri akademik Abel Məhərrəmov bildirib ki, fakültədə 3 elmi-tədqiqat və Sənaye kimyası laboratoriyaları fəaliyyət göstərir və 11 mövzu üzrə tədqiqatlar aparılıb. Akademik qeyd edib ki, əməkdaşlar tərəfindən cari ildə 5 mühüm nəticə alınıb. Aparılan elmi-tədqiqat işlərinin nəticəsi 193 çap olunmuş məqalə öz əksini tapıb.

Bakı Ali Neft məktəbinin elmi katibi İlhamə Zərbəliyeva bildirib ki, kimya elmləri üzrə 3 mövzunu əhatə edən tədqiqat işləri aparılıb və alınan nəticələr 6 elmi məqalədə öz əksini tapıb ki, onların da hamısı WOS və “Scopus” bazalarında indekslənmiş jurnallardadır.

Radiyasiya Problemləri İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü İslam Mustafayev təmsil etdiyi qurumun cari ildəki nailiyyətlərindən danışıb. Qeyd edib ki, institutda 6 laboratoriya kimya profillidir. Bu laboratoriyalarda ölkə ərazisinin ətraf mühit komponentlərinin radionuklid və kimyəvi tərkibinin tədqiqi, karbohidrogen və su əsaslı sistemlərdə radiasiyanın təsiri ilə baş verən fiziki-kimyəvi proseslərin kinetika və mexanizminin tədqiqi, bu sistemlərdə hidrogenin, olefinlərin, polimerlərin və praktikada geniş istifadə olunan yüksəkmolekullu materialların alınması və modifikasiyası üçün optimal şərtlərin tapılması, çirkləndirici qarışıqların deqradasiyasının qanunauyğunlarının öyrənilməsi və s. üzrə tədqiqatlar aparılır. Alim bildirib ki, institut üzrə bu il təkcə Q1 kvartilli jurnallarda 47 məqalə dərc olunub ki, onların da əksəriyyəti kimyaçıların payına düşür.

Aparılan müzakirələrdə akademik Adil Qəribov, AMEA-nın müxbir üzvü Hafiz Əlimərdanov və başqaları iştirak edərək fikir və təkliflərini səsləndiriblər.

Sonda çıxış edən akademik Dilqəm Tağıyev prioritet istiqamətlər üzrə fundamental tədqiqat işlərinin davam etdirilməsinin, eyni zamanda, iqtisadiyyata töhfə verə bilən tətbiqiyönümlü elmi-tədqiqat işləri ilə bağlı aparılan araşdırmaların daha da genişləndirilməsinin, o cümlədən hidrogenin energetikası ilə əlaqəli tədqiqatların vacib olduğunu vurğulayıb. Akademik qeyd edib ki, elm və təhsilin inteqrasiyası istiqamətində işlər daha da genişləndirilməli, universitetlərlə birgə elmi-tədqiqat işlərinin aparılmasına, layihələrin həyata keçirilməsinə, kadr hazırlığına xüsusi önəm verilməlidir.

KEB-nin Ümumi yığıncağı hesabat verən təşkilatların 2025-ci ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına dair hesabatların qəbul olunmasına yekdilliklə səs verib.

Nərgiz Süleymanova

Xəbər Lenti

Astara şəhər 4 nömrəli tam orta məktəbdə "Dünya Azərbaycanlılarının Uğurları və Həmrəyliyi" adlı tədbir keçirildi26.12.2025 - 07:28
Zaqatala Çökəkoba kənd tam orta məktəbində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bilik yarışı keçirildi26.12.2025 - 07:15
Zaqatala Çökəkoba kənd tam orta məktəbinin direktoru Sara Kərimova II sinifdə dərsdinləmədə iştirak edib26.12.2025 - 07:02
Zaqatala Çökəkoba kənd tam orta məktəbində Fikrət Əmirovun yaradıcılığına həsr olunmuş maarifləndirici tədbir keçirildi26.12.2025 - 06:49
Əliabad İki Nömrəli Məktəbdə 7-ci sinifdə Səttar Bəhlulzadə haqqında açıq dərs keçirildi26.12.2025 - 06:36
Əliabad İki Nömrəli Məktəbdə 5-ci sinifdə Üzeyir Hacıbəyli haqqında açıq dərs keçirildi26.12.2025 - 06:23
Zaqatala Çökəkoba kənd tam orta məktəbində Pedaqoji Şura keçirilib26.12.2025 - 06:10
Zaqatala Çökəkoba kənd tam orta məktəbində I sinifdə Həyat bilgisi dərsi izlənilib26.12.2025 - 05:57
Zaqatala Çökəkoba kənd tam orta məktəbində Həyat Bilgisi dərsinin tədrisinə nəzarət edilib26.12.2025 - 05:44
Zaqatala Çökəkoba kənd tam orta məktəbində valideyn iclası keçirilib26.12.2025 - 05:31
Bakıda Heydər məscidinin açılışından 11 il ötür26.12.2025 - 05:18
1991-ci il: Daha altı ölkə Azərbaycanın müstəqilliyini tanıdı26.12.2025 - 05:05
Xankəndinin işğalından azadlığına uzanan yol: Tarixi ədalət bərpa olundu26.12.2025 - 04:52
Milli Qəhrəman Vəzir Orucovun xatirəsi anılır26.12.2025 - 04:39
Xalq artisti Nuriyyə Əhmədovanın xatirəsi anılır26.12.2025 - 04:26
Əhməd İsayevin vəfatının ildönümüdür26.12.2025 - 04:13
Azərbaycanın tanınmış tarixçisi Nemətova Məşədixanımın xatirəsi anılır26.12.2025 - 04:00
Zərərli olan hər şeyi süngər kimi özünə çəkir25.12.2025 - 19:25
Azərbaycanda tibb işçilərinin sayı azalıb25.12.2025 - 19:09
Yayılan qripin əsas əlamətləri: Qızdırma, titrətmə və güclü ağrılar - Xəstəlik nə qədər davam edir?25.12.2025 - 18:54
"Dərsdə oturduğumuz yerdə hər gün cərimələr gəlir" - Müəllimlərdən parkinq barədə ŞİKAYƏT25.12.2025 - 18:43
Kral Çarlz Milad müraciətində insanları sosial mediadan uzaqlaşmağa çağırıb25.12.2025 - 17:27
Ankarada Azərbaycanın və Türkiyənin görkəmli şairlərinin xatirəsi anılıb25.12.2025 - 17:18
“Təhsil müəssisələrində zorakılığın qarşısının alınması" mövzusunda valideyn konfransı keçirilib 25.12.2025 - 17:06
Sumqayıt şəhər 37 nömrəli tam orta məktəbdə bilik yarışı keçirilib25.12.2025 - 16:48
“Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri" müsabiqəsinin ikinci mərhələsi başa çatıb25.12.2025 - 16:31
Çinin BYD şirkəti ilin sonunadək Azərbaycanda 300 elektrobus istehsal etməyi planlaşdırır25.12.2025 - 16:14
Sağlamlıq imkanları məhdud uşaqlar üçün maarifləndirmə tədbiri keçirilib25.12.2025 - 15:57
Təyyarə qəzası süni intellektlə anbaan canlandırıldı25.12.2025 - 15:40
Məleykə Abbaszadə: "Yeni ixtisaslar yaranacaq" 25.12.2025 - 15:29
UNEC-də ICRESS-2025 konfransının təşkilində fərqlənən əməkdaş və tələbələr təltif olunub25.12.2025 - 15:16
Nasa Aya ekspedisiya göndərəcək25.12.2025 - 15:01
Gözlənilməz təhlükə: Mavi işıq dərini sürətlə qocaldır25.12.2025 - 14:49
Bəşəriyyətin yadplanetlilərlə qarşılaşacağı təxmini zaman açıqlanıb25.12.2025 - 14:37
Sabah rayonlarda qar yağacaq - 26.12.202525.12.2025 - 14:25
ATU ilə İnformasiya Texnologiyaları İnstitutu arasında memorandum imzalanıb25.12.2025 - 14:11
Qrant müsabiqəsinin nəticələri açıqlanıb25.12.2025 - 14:00
Azyaşlı yüksək hərarətdən öldü25.12.2025 - 13:49
Mühəndislik fakültəsinin yeni binası qısa müddətdə inşa ediləcək25.12.2025 - 13:39
Elm və təhsil naziri BMT-nin Rezident Əlaqələndiricisi ilə görüşüb25.12.2025 - 13:28
Sertifikasiyaya düşəcək mövzular açıqlandı25.12.2025 - 13:14
"Əməkdaşlıq Çin və Azərbaycan arasında dostluğun möhkəmlənməsinə xidmət edir"25.12.2025 - 13:00
Tarix Muzeyində Birinci Türkoloji Qurultayın iştirakçılarına aid onlarla şəxsi sənəd və əşya saxlanılır25.12.2025 - 12:45
Şagird və tələbələr arasında statistika üzrə olimpiada keçiriləcək25.12.2025 - 12:30
UNEC tələbələri hakatonlarda ardıcıl qələbələr qazanıblar25.12.2025 - 12:15
52 məzun qızıl və gümüş nişana layiq görülüb25.12.2025 - 12:00
TTKF-nun 4 illik fəaliyyətinə dair hesabat tədbiri keçirilib25.12.2025 - 11:45
Şuşa məktəbinin direktoru vəfat edib25.12.2025 - 11:32