Təhsil 365 - Logo Mobile

"Prezidentin imzaladığı Sərəncam mühüm qərardır" AzMİU rektoru

8324.12.2025 - 15:05
"Prezidentin imzaladığı Sərəncam mühüm qərardır"  AzMİU rektoru

Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında möhtərəm cənab Prezident İlham Əliyevin imzaladığı Sərəncam müasir dövürdə memarlığın və şəhərsalmanın ölkəmizin həyatında və insanların yaşadığı sağlam, əlverişli mühitin formalaşmasında oynadığı əhəmiyyətli rolun göstəricisidir".

Tehsil365” "Unikal"a istinadən xəbər verir ki, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru memarlıq doktoru, professor Gülçöhrə Məmmədova deyib.

Onun sözlərinə görə, bu mühüm qərar bir daha təsdiqləyir ki, şəhərsalma və memarlıq Azərbaycan dövlətinin sosial-iqtisadi inkişaf strategiyasında, milli kimliyin qorunmasında və dayanıqlı gələcəyin formalaşdırılmasında prioritet sahələrdən biridir.

"Dövlət başçısının rəhbərliyi ilə son illər ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq, bərpa və yenidənqurma layihələri, xüsusilə azad edilmiş ərazilərdə tətbiq olunan innovativ və “yaşıl” şəhərsalma yanaşmaları bu sahəyə verilən strateji əhəmiyyətin bariz nümunəsidir.

Eyni zamanda, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ölkəmizdə keçiriləcək Dünya Şəhərsalma Forumu (WUF) ilə əlaqədar Azərbaycan Memarlıq və İnşaat Universitetində bir sıra mühüm təşəbbüslərin reallaşdırılması nəzərdə tutulur. Bu çərçivədə AzMİU-nun Memarlıq fakültəsinin buraxılış işlərindən ibarət tematik sərgilərin təşkili, şəhərsalma problemlərinə və memarlıq təhsilinin aktual çağırışlarına həsr olunmuş panel müzakirələri və dəyirmi masaların keçirilməsi planlaşdırılır. WUF Gənclər Forumunun iştirakçıları üçün universitet kampusunda beynəlxalq tərəfdaşlarımızın və xarici ekspertlərin iştirakı ilə master-klasslar, vorkşoplar və interaktiv müzakirələr təşkil ediləcək, WUF13-də iştirak edən nüfuzlu xarici mütəxəssislərin tələbələrimiz üçün ustad dərsləri və açıq mühazirələri keçiriləcəkdir. Bununla yanaşı, Gənclər və İdman Nazirliyi ilə birgə ardıcıl iki ildir həyata keçirilən “ArchiVision Weekend Camp” layihəsinin növbəti buraxılışı da WUF13-ün ideyalarının təbliğinə, gənc memar və şəhərsalmaçıların peşəkar bacarıqlarının inkişafına həsr olunacaqdır.

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması memarlıq və şəhərsalma praktikası ilə yanaşı bu sahələr üzrə ali təhsil və elmi-tədqiqat fəaliyyətinin inkişafına da mühüm töhfə verəcək. Bu qərar memarlıq, şəhərsalma və inşaat mühəndisliyi ixtisasları üzrə müasir çağırışlara cavab verən kadr hazırlığının gücləndirilməsinə, təhsilin məzmunun yenilənməsinə, elmin, təhsilin və istehsalatın daha sıx inteqrasiyasına yeni imkanlar açır.

AzMİU ölkədə memarlıq, şəhərsalma və inşaat sahələri üzrə ixtisaslı kadr hazırlığının aparıcı mərkəzi kimi dövlətin müəyyən etdiyi prioritetlərə uyğun şəkildə tədris, elmi araşdırma və innovasiya fəaliyyətini təkmilləşdirməyə hazırdır. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində universitetimizdə beynəlxalq səviyyəli elmi görüşlərin, yaradıcılıq müsabiqələrinin və maarifləndirici tədbirlərin sayını daha da artırmağı planlaşdırırıq. Əminik ki, bu əlamətdar il Azərbaycan şəhərlərinin tarixi irsinin qorunması ilə yanaşı, müasir, dayanıqlı və insan mərkəzli şəhər mühitinin formalaşdırılmasına, eyni zamanda yeni nəsil memar və mühəndislərin peşəkar inkişafına güclü təkan verəcək".

Amidə Zeynalova

Xəbər Lenti

Astara şəhər 4 nömrəli tam orta məktəbdə "Dünya Azərbaycanlılarının Uğurları və Həmrəyliyi" adlı tədbir keçirildi26.12.2025 - 07:28
Zaqatala Çökəkoba kənd tam orta məktəbində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bilik yarışı keçirildi26.12.2025 - 07:15
Zaqatala Çökəkoba kənd tam orta məktəbinin direktoru Sara Kərimova II sinifdə dərsdinləmədə iştirak edib26.12.2025 - 07:02
Zaqatala Çökəkoba kənd tam orta məktəbində Fikrət Əmirovun yaradıcılığına həsr olunmuş maarifləndirici tədbir keçirildi26.12.2025 - 06:49
Əliabad İki Nömrəli Məktəbdə 7-ci sinifdə Səttar Bəhlulzadə haqqında açıq dərs keçirildi26.12.2025 - 06:36
Əliabad İki Nömrəli Məktəbdə 5-ci sinifdə Üzeyir Hacıbəyli haqqında açıq dərs keçirildi26.12.2025 - 06:23
Zaqatala Çökəkoba kənd tam orta məktəbində Pedaqoji Şura keçirilib26.12.2025 - 06:10
Zaqatala Çökəkoba kənd tam orta məktəbində I sinifdə Həyat bilgisi dərsi izlənilib26.12.2025 - 05:57
Zaqatala Çökəkoba kənd tam orta məktəbində Həyat Bilgisi dərsinin tədrisinə nəzarət edilib26.12.2025 - 05:44
Zaqatala Çökəkoba kənd tam orta məktəbində valideyn iclası keçirilib26.12.2025 - 05:31
Bakıda Heydər məscidinin açılışından 11 il ötür26.12.2025 - 05:18
1991-ci il: Daha altı ölkə Azərbaycanın müstəqilliyini tanıdı26.12.2025 - 05:05
Xankəndinin işğalından azadlığına uzanan yol: Tarixi ədalət bərpa olundu26.12.2025 - 04:52
Milli Qəhrəman Vəzir Orucovun xatirəsi anılır26.12.2025 - 04:39
Xalq artisti Nuriyyə Əhmədovanın xatirəsi anılır26.12.2025 - 04:26
Əhməd İsayevin vəfatının ildönümüdür26.12.2025 - 04:13
Azərbaycanın tanınmış tarixçisi Nemətova Məşədixanımın xatirəsi anılır26.12.2025 - 04:00
Zərərli olan hər şeyi süngər kimi özünə çəkir25.12.2025 - 19:25
Azərbaycanda tibb işçilərinin sayı azalıb25.12.2025 - 19:09
Yayılan qripin əsas əlamətləri: Qızdırma, titrətmə və güclü ağrılar - Xəstəlik nə qədər davam edir?25.12.2025 - 18:54
"Dərsdə oturduğumuz yerdə hər gün cərimələr gəlir" - Müəllimlərdən parkinq barədə ŞİKAYƏT25.12.2025 - 18:43
Kral Çarlz Milad müraciətində insanları sosial mediadan uzaqlaşmağa çağırıb25.12.2025 - 17:27
Ankarada Azərbaycanın və Türkiyənin görkəmli şairlərinin xatirəsi anılıb25.12.2025 - 17:18
“Təhsil müəssisələrində zorakılığın qarşısının alınması" mövzusunda valideyn konfransı keçirilib 25.12.2025 - 17:06
Sumqayıt şəhər 37 nömrəli tam orta məktəbdə bilik yarışı keçirilib25.12.2025 - 16:48
“Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri" müsabiqəsinin ikinci mərhələsi başa çatıb25.12.2025 - 16:31
Çinin BYD şirkəti ilin sonunadək Azərbaycanda 300 elektrobus istehsal etməyi planlaşdırır25.12.2025 - 16:14
Sağlamlıq imkanları məhdud uşaqlar üçün maarifləndirmə tədbiri keçirilib25.12.2025 - 15:57
Təyyarə qəzası süni intellektlə anbaan canlandırıldı25.12.2025 - 15:40
Məleykə Abbaszadə: "Yeni ixtisaslar yaranacaq" 25.12.2025 - 15:29
UNEC-də ICRESS-2025 konfransının təşkilində fərqlənən əməkdaş və tələbələr təltif olunub25.12.2025 - 15:16
Nasa Aya ekspedisiya göndərəcək25.12.2025 - 15:01
Gözlənilməz təhlükə: Mavi işıq dərini sürətlə qocaldır25.12.2025 - 14:49
Bəşəriyyətin yadplanetlilərlə qarşılaşacağı təxmini zaman açıqlanıb25.12.2025 - 14:37
Sabah rayonlarda qar yağacaq - 26.12.202525.12.2025 - 14:25
ATU ilə İnformasiya Texnologiyaları İnstitutu arasında memorandum imzalanıb25.12.2025 - 14:11
Qrant müsabiqəsinin nəticələri açıqlanıb25.12.2025 - 14:00
Azyaşlı yüksək hərarətdən öldü25.12.2025 - 13:49
Mühəndislik fakültəsinin yeni binası qısa müddətdə inşa ediləcək25.12.2025 - 13:39
Elm və təhsil naziri BMT-nin Rezident Əlaqələndiricisi ilə görüşüb25.12.2025 - 13:28
Sertifikasiyaya düşəcək mövzular açıqlandı25.12.2025 - 13:14
"Əməkdaşlıq Çin və Azərbaycan arasında dostluğun möhkəmlənməsinə xidmət edir"25.12.2025 - 13:00
Tarix Muzeyində Birinci Türkoloji Qurultayın iştirakçılarına aid onlarla şəxsi sənəd və əşya saxlanılır25.12.2025 - 12:45
Şagird və tələbələr arasında statistika üzrə olimpiada keçiriləcək25.12.2025 - 12:30
UNEC tələbələri hakatonlarda ardıcıl qələbələr qazanıblar25.12.2025 - 12:15
52 məzun qızıl və gümüş nişana layiq görülüb25.12.2025 - 12:00
TTKF-nun 4 illik fəaliyyətinə dair hesabat tədbiri keçirilib25.12.2025 - 11:45
Şuşa məktəbinin direktoru vəfat edib25.12.2025 - 11:32