Təhsil 365 - Logo Mobile

Komitə sədrindən təhsillə bağlı mühüm təklif

10424.12.2025 - 16:15
Komitə sədrindən təhsillə bağlı mühüm təklif

Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 31 oktyabr tarixli Sazişə Əlavə Protokol”un təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olunub.

Tehsil365” in məlumatına görə, Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov layihə barədə məlumat verib.

Komitə sədri Fazil Mustafa çıxışında onu narahat edən məsələlərə toxunub:

“Reallıq budur ki, illərdir bu istiqamətdə çoxsaylı protokollar imzalansa da, məsələn, Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına nail ola bilməmişik. Bu barədə ciddi düşünməliyik”.

F.Mustafa bildirib ki, iki ölkə arasında bütün sahələrdə uğurlarımız olsa da, təhsildə, xüsusilə praktiki tətbiq sahəsində, nəzərdə tutulan layihələri reallaşdıra bilmirik:

“Əslində, peşə təhsili baxımından müqavilə bağlamalı olduğumuz əsas tərəfdaş ölkələr bəlkə də Almaniya və digər Avropa ölkələridir. Çünki bu ölkələrdə peşə təhsili müasir texnologiyalarla və əmək bazarının tələblərinə uyğun şəkildə təşkil olunur. Qeyd edim ki, bir çox aparıcı kadrlarımız – xüsusilə filologiya sahəsində – Türkiyədə təhsil alıblar. Bir dövr Türkiyənin universitet sistemi daha inkişaf etmişdi. Təəssüf ki, bu gün Türkiyə məktəbləri demək olar ki, Azərbaycan təhsil sistemindən çıxıb və onların bərpası istiqamətində ciddi addımlar atılmalıdır. Bu məsələyə xüsusilə Vətən müharibəsindən sonra yaradılmış mühitdə önəm verilməlidir. Digər tərəfdən, biz rusdilli təhsillə bağlı müəyyən çətinliklər yaşayırıq, - müəllim çatışmazlığı və keyfiyyət problemi var. Lakin heç olmasa dil və mentalitet baxımından bizə yaxın olan Türkiyə təhsil sisteminin Azərbaycanda daha geniş təmsil olunması üçün addımlar atılmalıdır”.

Komitə sədri vurğulayıb ki, bir zamanlar Atatürk məktəbi və digər türk liseyləri çox populyar idi və böyük fayda verirdilər:

“Təəssüf ki, maliyyə çatışmazlığı səbəbindən onların fəaliyyətini davam etdirmək mümkün olmadı. Halbuki bu məktəblər vətəndaşlara alternativ seçim imkanı verirdi – nə ideoloji təzyiq, nə də yad təhsil sistemi – qardaş ölkənin təcrübəsi idi. Əgər biz cəbhədə bir yerdə mübarizə aparırıqsa, məktəbdə, peşə təhsilində və ali təhsildə də birlikdə olmalıyıq və bu istiqamətdə inkişaf etməliyik”.

Amidə Zeynalova

Xəbər Lenti

Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış düşərgəsinə start verilib 25.12.2025 - 09:55
“InnovateHER: Fuelling Women’s Success in STEM” layihəsi çərçivəsində silsilə seminarlar keçirilib 25.12.2025 - 09:41
RFO-nun rayon mərhələsində iştirak edənlərin nəzərinə çatdırılıb25.12.2025 - 09:30
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev AZAL qəzasının ildönümünə aid paylaşım edib 25.12.2025 - 09:25
Elm və Təhsil Nazirliyindən AZAL təyyarə qəzasının ildönümünə dair paylaşım25.12.2025 - 09:12
“Qanlı Qədəh”in müəllifi Rəvanə Kərimova: “Yeni əsərimdə 4 baş rol olacaq”25.12.2025 - 08:59
Fulbright Visiting Scholar Proqramına müraciət üçün son günlər: Məzunumuz Dr. Elşən Abdullayevin uğur hekayəsi25.12.2025 - 08:46
Magistraturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək25.12.2025 - 08:33
IX siniflərdə buraxılış imtahanına hazırlıq məqsədilə monitorinq keçirildi25.12.2025 - 08:20
Astara Şəhər Kitabxana Filialı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə tədbir keçirib25.12.2025 - 08:07
Qaxda növbəti monitorinq imtahanı keçirilib25.12.2025 - 07:54
"Smart English: İnteraktiv dil öyrənmə" layihəsinin açılış tədbiri keçirildi25.12.2025 - 07:41
Azərbaycan ali məktəblərinə qəbul test imtahanları ilə aparılmağa başladı25.12.2025 - 07:28
"21 yeni peşə təhsil müəssisəsi fəaliyyətə başlayacaq" – Nazirlikdən açıqlama25.12.2025 - 07:27
Latın qrafikalı Azərbaycan əlifbasının bərpası ilə bağlı qanun qəbul edildi25.12.2025 - 07:15
Bakı Məişət Kondisionerləri Zavodu fəaliyyətə başladı25.12.2025 - 07:02
Milli Qəhrəman Hökumə Əliyeva əziz xatirə ilə anılır25.12.2025 - 06:49
"Minlərlə tələbə üçün təhsil əlçatan oldu" – Fondun 4 illik hesabatı25.12.2025 - 06:44
Aleksandr Kalyaninovun xatirəsi anılır — Azərbaycanın Milli Qəhrəmanı25.12.2025 - 06:36
İqor Kşnyakinin əziz xatirəsi ehtiramla anılır25.12.2025 - 06:23
2000-ci il: Azad Azərbaycan Televiziyası (ATV) təsis edilib25.12.2025 - 06:10
1991-ci ildə İran və İsrail Azərbaycanın müstəqilliyini tanıdı25.12.2025 - 05:57
AZAL-a məxsus "Embraer E190AR" təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəza enişi edib25.12.2025 - 05:44
Azərbaycan ədəbiyyatının sevilən şairi İlyas Tapdıq anılır25.12.2025 - 05:31
Azərbaycan ədəbiyyatının parlaq siması — Yusif Səmədoğlu anılır25.12.2025 - 05:18
Azərbaycan ədəbiyyatının görkəmli siması Famil Mehdi anılır25.12.2025 - 05:05
İkinci Dünya müharibəsində dünyaca nadir qadın gəmi kapitanlarından biri — Şövkət Səlimovanın xatirəsi anılır25.12.2025 - 04:52
Ələsgər Şərifovun anadan olmasının ildönümüdür25.12.2025 - 04:39
İkinci Dünya müharibəsi veteranı Cavad Həkimlinin xatirəsi anılır25.12.2025 - 04:26
Kərim Rizayevin xatirəsi anılır – Sosialist Əməyi Qəhrəmanı25.12.2025 - 04:13
Mir İbrahim Həmzəyev – tanınmış teatr xadiminin xatirəsi anılır25.12.2025 - 04:00
Qəhvə içmək qanda şəkərin səviyyəsinə necə təsir edir? - Diyetoloqlar 4 amili sadaladı24.12.2025 - 19:45
“Məktəbdə Badminton Hərəkatı” layihəsinin açılış tədbiri keçirilib24.12.2025 - 19:40
ADU dosentləri Beynəlxalq Fəlsəfə Gününə həsr edilmiş dəyirmi masada iştirak ediblər24.12.2025 - 19:35
Dünya ətrafında görünməz bir divar var və onu insanlar yaradıb24.12.2025 - 19:30
“VRClassroom – reallıqdan virtuala, təcrübədən biliyə” mövzusunda elmi-praktik seminar keçirilib24.12.2025 - 19:30
ADU-da doktorantlar üçün elmi seminar keçirilib24.12.2025 - 19:23
ADU-da Elmi Şuranın 2025-ci ilin sonuncu iclası keçirilib24.12.2025 - 19:15
Prezidentin ad günündən ailə24.12.2025 - 19:15
Nəriman Nərimanovun xatirə müzeyi ziyarət olunub24.12.2025 - 19:05
''Məşqdən əvvəl, yoxsa sonra yemək daha yaxşıdır?'' - Alimlər cavab verdi24.12.2025 - 19:00
Attestasiya imtahanı ləğv oluna, yeni sistem yaradıla bilər24.12.2025 - 19:00
Süni intellekt artıq dil daşıyıcılarını əvəz etməyə başlayır24.12.2025 - 18:52
Orada 1 il 11 saatdır24.12.2025 - 18:50
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Bakı şəhəri 5 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbində olublar24.12.2025 - 18:48
Mədəniyyət Nazirliyi mediatur təşkil edib24.12.2025 - 18:47
Media nümayəndələri üçün kibermaarifləndirmə təlimi keçirildi24.12.2025 - 18:35
Məktəblilər ölkə başçısına təbrik ünvanlayıb24.12.2025 - 18:30