Binəqədi rayonu 244 nömrəli tam orta məktəbin direktoru Yəhya Müseyib oğlu Abbasov təqaüdə göndərilib.
"Tehsil365” in əldə etdiyi məlumata görə, onun yerinə müvəqqəti olaraq Şəfa Qurbanova təyin edilib.
Maraqlısı ondadır ki, Ş.Qurbanova eyni zamanda 135 nömrəli məktəbin direktorudur. O, bu vəzifəyə 2022-ci ildə təyinat alıb. Şəfa Qurbanova hazırda həm 135, həm də 244 nömrəli məktəblərə rəhbərlik edir.
Bakı şəhəri üzrə Təhsil idarəsindən saytımıza bildirilib ki, 135 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Şəfa Qurbanovaya 5 dekabr 2025-ci il tarixindən 3 ay müddətinə 244 nömrəli tam orta ümumtəhsil məktəbinin vakant olan direktoru vəzifəsi üzrə əmək funksiyalarının müvəqqəti icrası həvalə edilib

