Telegram platformasında süni intellektə əsaslanan Chatty adlı virtual “İİ-qız” sürətlə populyarlıq qazanır.
“Tehsil365” Musavat.com-a istinadən xəbər verir ki, istifadəçilər bu bot vasitəsilə canlı səsli dialoq formatında ingilis dili də daxil olmaqla 11 fərqli dili məşq edə bilirlər. Sistem ən yeni süni intellekt modelləri üzərində qurulub və danışıq praktikasını real ünsiyyətə maksimal yaxın formada təqdim edir.
Məlumata görə, Chatty ilə ilkin mərhələdə pulsuz ünsiyyət qurmaq mümkündür. Layihə xüsusilə xarici dili danışaraq öyrənmək istəyənlər üçün alternativ “canlı müəllim” kimi təqdim olunur.
Botun dəstək verdiyi dillər bunlardır:
– İngilis dili
– Alman dili
– İspan dili
– Fransız dili
– İtalyan dili
– Portuqal dili
– Çin dili
– Yapon dili
– Koreya dili
– Ərəb dili
– Türk dili
– Rus dili
Mütəxəssislərin fikrincə, bu tip süni intellekt əsaslı dil botları yaxın illərdə klassik dil öyrənmə modellərinə ciddi rəqibə çevrilə və dil daşıyıcılarının rolunu qismən əvəz edə bilər.

