Təhsil 365 - Logo Mobile

Mədəniyyət Nazirliyi mediatur təşkil edib

7024.12.2025 - 18:47
Mədəniyyət Nazirliyi mediatur təşkil edib

Bu gün Mədəniyyət Nazirliyi “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan İstiqlal Muzeyi və Milli Azərbaycan Tarixi Muzeyini əhatə edən mediatur təşkil edib.

Tehsil365” “Qafqazinfo”ya istinadən xəbər verir ki, mediaturda bir qrup jurnalist iştirak edib. Tədbir çərçivəsində jurnalistlər əvvəlcə Azərbaycan İstiqlal Muzeyini ziyarət ediblər. Burada milli dövlətçilik tariximizi əks etdirən eksponatlar, istiqlal mübarizəsi və suverenlik yolunda atılan mühüm addımlar barədə ətraflı məlumat verilib.

Daha sonra media nümayəndələri Muzey Mərkəzində təşkil olunan “Milli Motivlər” adlı ustad dərsində iştirak ediblər. Ustad dərsi zamanı milli ornamentlər, ənənəvi sənət nümunələri və onların müasir təqdimat formaları barədə məlumatlar paylaşılıb, praktik nümunələr nümayiş etdirilib.

Mediatur yalnız muzey ziyarətləri ilə kifayətlənməyib. Belə ki, mediatur çərçivəsində media nümayəndələri üçün yaradıcı fəaliyyət də təşkil olunub. İştirakçılar milli mövzuları əks etdirən rəsm məşğələsində iştirak ediblər. Rəsm prosesi zamanı milli ornamentlər, tarixi motivlər və Azərbaycan mədəniyyətinə aid simvollar təsvir olunub. Bu, mediaturun daha interaktiv və yadda qalan keçməsinə şərait yaradıb.

Mediatur Milli Azərbaycan Tarixi Muzeyinə səfərlə yekunlaşıb. Jurnalistlər burada Azərbaycan tarixinin müxtəlif dövrlərini əks etdirən zəngin ekspozisiya ilə tanış olub, ölkənin tarixi irsi barədə ətraflı məlumat əldə ediblər.

Tədbir çərçivəsində Milli Azərbaycan Tarixi Muzeyi ilə yanaşı Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinə də baxış keçirilib. Burada XIX–XX əsrlərdə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında mühüm rol oynamış görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyəti, eləcə də dövrün məişət və memarlıq xüsusiyyətlərini əks etdirən eksponatlar barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, mediaturun əsas məqsədi “Konstitusiya və Suverenlik İli” çərçivəsində milli-mədəni irsin təbliği və media nümayəndələrinin bu sahədə məlumatlandırılması olub.

Amidə Zeynalova

Xəbər Lenti

Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış düşərgəsinə start verilib 25.12.2025 - 09:55
“InnovateHER: Fuelling Women’s Success in STEM” layihəsi çərçivəsində silsilə seminarlar keçirilib 25.12.2025 - 09:41
RFO-nun rayon mərhələsində iştirak edənlərin nəzərinə çatdırılıb25.12.2025 - 09:30
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev AZAL qəzasının ildönümünə aid paylaşım edib 25.12.2025 - 09:25
Elm və Təhsil Nazirliyindən AZAL təyyarə qəzasının ildönümünə dair paylaşım25.12.2025 - 09:12
“Qanlı Qədəh”in müəllifi Rəvanə Kərimova: “Yeni əsərimdə 4 baş rol olacaq”25.12.2025 - 08:59
Fulbright Visiting Scholar Proqramına müraciət üçün son günlər: Məzunumuz Dr. Elşən Abdullayevin uğur hekayəsi25.12.2025 - 08:46
Magistraturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək25.12.2025 - 08:33
IX siniflərdə buraxılış imtahanına hazırlıq məqsədilə monitorinq keçirildi25.12.2025 - 08:20
Astara Şəhər Kitabxana Filialı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə tədbir keçirib25.12.2025 - 08:07
Qaxda növbəti monitorinq imtahanı keçirilib25.12.2025 - 07:54
"Smart English: İnteraktiv dil öyrənmə" layihəsinin açılış tədbiri keçirildi25.12.2025 - 07:41
Azərbaycan ali məktəblərinə qəbul test imtahanları ilə aparılmağa başladı25.12.2025 - 07:28
"21 yeni peşə təhsil müəssisəsi fəaliyyətə başlayacaq" – Nazirlikdən açıqlama25.12.2025 - 07:27
Latın qrafikalı Azərbaycan əlifbasının bərpası ilə bağlı qanun qəbul edildi25.12.2025 - 07:15
Bakı Məişət Kondisionerləri Zavodu fəaliyyətə başladı25.12.2025 - 07:02
Milli Qəhrəman Hökumə Əliyeva əziz xatirə ilə anılır25.12.2025 - 06:49
"Minlərlə tələbə üçün təhsil əlçatan oldu" – Fondun 4 illik hesabatı25.12.2025 - 06:44
Aleksandr Kalyaninovun xatirəsi anılır — Azərbaycanın Milli Qəhrəmanı25.12.2025 - 06:36
İqor Kşnyakinin əziz xatirəsi ehtiramla anılır25.12.2025 - 06:23
2000-ci il: Azad Azərbaycan Televiziyası (ATV) təsis edilib25.12.2025 - 06:10
1991-ci ildə İran və İsrail Azərbaycanın müstəqilliyini tanıdı25.12.2025 - 05:57
AZAL-a məxsus "Embraer E190AR" təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəza enişi edib25.12.2025 - 05:44
Azərbaycan ədəbiyyatının sevilən şairi İlyas Tapdıq anılır25.12.2025 - 05:31
Azərbaycan ədəbiyyatının parlaq siması — Yusif Səmədoğlu anılır25.12.2025 - 05:18
Azərbaycan ədəbiyyatının görkəmli siması Famil Mehdi anılır25.12.2025 - 05:05
İkinci Dünya müharibəsində dünyaca nadir qadın gəmi kapitanlarından biri — Şövkət Səlimovanın xatirəsi anılır25.12.2025 - 04:52
Ələsgər Şərifovun anadan olmasının ildönümüdür25.12.2025 - 04:39
İkinci Dünya müharibəsi veteranı Cavad Həkimlinin xatirəsi anılır25.12.2025 - 04:26
Kərim Rizayevin xatirəsi anılır – Sosialist Əməyi Qəhrəmanı25.12.2025 - 04:13
Mir İbrahim Həmzəyev – tanınmış teatr xadiminin xatirəsi anılır25.12.2025 - 04:00
Qəhvə içmək qanda şəkərin səviyyəsinə necə təsir edir? - Diyetoloqlar 4 amili sadaladı24.12.2025 - 19:45
“Məktəbdə Badminton Hərəkatı” layihəsinin açılış tədbiri keçirilib24.12.2025 - 19:40
ADU dosentləri Beynəlxalq Fəlsəfə Gününə həsr edilmiş dəyirmi masada iştirak ediblər24.12.2025 - 19:35
Dünya ətrafında görünməz bir divar var və onu insanlar yaradıb24.12.2025 - 19:30
“VRClassroom – reallıqdan virtuala, təcrübədən biliyə” mövzusunda elmi-praktik seminar keçirilib24.12.2025 - 19:30
ADU-da doktorantlar üçün elmi seminar keçirilib24.12.2025 - 19:23
Prezidentin ad günündən ailə24.12.2025 - 19:15
ADU-da Elmi Şuranın 2025-ci ilin sonuncu iclası keçirilib24.12.2025 - 19:15
Nəriman Nərimanovun xatirə müzeyi ziyarət olunub24.12.2025 - 19:05
''Məşqdən əvvəl, yoxsa sonra yemək daha yaxşıdır?'' - Alimlər cavab verdi24.12.2025 - 19:00
Attestasiya imtahanı ləğv oluna, yeni sistem yaradıla bilər24.12.2025 - 19:00
Süni intellekt artıq dil daşıyıcılarını əvəz etməyə başlayır24.12.2025 - 18:52
Orada 1 il 11 saatdır24.12.2025 - 18:50
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Bakı şəhəri 5 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbində olublar24.12.2025 - 18:48
Media nümayəndələri üçün kibermaarifləndirmə təlimi keçirildi24.12.2025 - 18:35
Məktəblilər ölkə başçısına təbrik ünvanlayıb24.12.2025 - 18:30