Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nəriman Nərimanovun xatirə muzeyini Xəzər Universitetinin müəllim və tələbələri ziyarət ediblər.
“Tehsil365” xəbər verir ki, Qonaqlar muzeyin zəngin ekspozisiyası ilə tanış edilib. Muzeyin əməkdaşı onlara N.Nərimanovun həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib, tələbələri maraqlandıran suallar cavablandırıb.

