Təhsil 365 - Logo Mobile

ADU-da Elmi Şuranın 2025-ci ilin sonuncu iclası keçirilib

8524.12.2025 - 19:15
ADU-da Elmi Şuranın 2025-ci ilin sonuncu iclası keçirilib

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla universitet kollektivini Yeni il münasibətilə təbrik edib, əməkdaşlara cansağlığı və uğurlar arzu edib.

Tehsil365” xəbər verir ki, İclasda “Azərbaycan Prezidenti dünya liderləri sırasında” adlı məruzə ilə çıxış edən akademik Kamal Abdulla Prezident İlham Əliyevi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edib, dövlətimizin başçısına möhkəm cansağlığı, firavanlıq və məsul dövləti fəaliyyətində bol-bol uğurlar arzulayıb.

Bildirilib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyev böyük xilaskarlıq missiyasını yerinə yetirməklə xalqımızın qəhrəmanlıq salnaməsini qızıl hərflərlə yazıb: “Ən böyük hünər, ən böyük qələbə Qarabağ Zəfəri idi ki, bunu da Prezident İlham Əliyev çox böyük məharətlə həyata keçirdi. Daim xalqın arzuları ilə yaşayan Azərbaycan Prezidenti təkcə hərb meydanında qələbə çalmadı, eyni zamanda, mənəvi zəmində də böyük qələbə qazandı və bu qələbəsini bütün dünyaya sübut etdi”. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsinə yönəlmiş səylər Ölkə Prezidentinə dünya liderləri sırasında böyük nüfuz və hörmət qazandırmışdır. Vətən müharibəsindən sonra işğaldan azad olmuş bölgələrimizdə Azərbaycan Prezidentinin rəhbərliyi altında böyük bərpa işləri həyata keçirilir, bölgəyə Böyük Qayıdış təmin edilir.

Çıxışında ADU-da ilin yekunları ilə bağlı qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirildiyini bildirən akademik Kamal Abdulla universitetin beynəlxalq nüfuzunun artdığını vurğulayıb, universitet kollektivini bir daha yeni il münasibətilə təbrik edərək, onlara ən xoş arzularını bildirib.

Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı İbrahim Kazımbəyli “Azərbaycanın müstəqilliyinin, suverenliyinin qarantı olan qətiyyətli, müdrik lider – 22 illik dönəmə konseptual baxış” adlı məruzə ilə çıxış edib. Bildirilib ki, Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi və ötən 22 ildə möhtərəm Prezident İlham Əliyevin layiqincə davam etdirdiyi siyasi kursun nəticəsi olaraq Azərbaycan öz tarixinin ən qüdrətli dövlətinə çevrilib. Bu gün müstəqil Azərbaycan Respublikası Ölkə Prezidentinin rəhbərliyi altında siyasi və iqtisadi inkişafda mühüm uğurlar qazanmış, islahatlar və dəyişikliklər, beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi yolu ilə qətiyyətlə irəliləyir.

ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova ilin yekunları ilə bağlı beynəlxalq əlaqələrin mövcud vəziyyəti və perspektivləri haqqında məruzə ilə çıxış edib. Qeyd olunub ki, son illər ADU-nun beynəlxalq əlaqələrinin coğrafiyası xeyli genişlənib və bunun nəticəsində xarici ölkələrdən olan tələbələrin universitetə olan marağı artıb:

“2025-ci il ADU-nun beynəlxalq fəaliyyətinin intensivləşməsi və beynəlxalq təhsil sistemində nüfuzunun möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Universitet bu dövrdə beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətini milli təhsil sisteminin strateji inkişaf hədəflərinə doğru yönəltmiş, beynəlxalq layihələrdə iştirakını gücləndirmiş və xarici universitetlərlə çoxşaxəli əlaqələr qurmuşdur”, - deyən prorektor qeyd edib ki, bu il universitetə əcnəbi tələbələrin qəbulu prioritet istiqamətlərdən biri olmuşdur. Əvvəlki illə müqayisədə əcnəbi tələbə sayında əhəmiyyətli artım müşahidə olunmuşdur. 2025-2026-cı tədris ilində qəbul olmuş əcnəbi tələbələrin sayı üç dəfə artmışdır. Həmçinin bu tədris ilində əcnəbi müəllim və inzibati heyətin sayı artmış, beynəlxalq akademik mühitin formalaşması istiqamətində ciddi nəticələr əldə edilmişdir. Hazırda universitetdə ümumilikdə 14 nəfər əcnəbi akademik və inzibati heyətin nümayəndələri fəaliyyət göstərir. Hesabat ili ərzində Böyük Britaniya, Yaponiya, Türkiyə, Qazaxıstan və Özbəkistanın aparıcı universitetləri ilə 16 anlaşma memorandumu imzalanmışdır. Mədəni və elmi diplomatiya sahəsində də mühüm nailiyyətlər əldə edilmişdir. Azərbaycanda fəaliyyət göstərən müxtəlif ölkələrin səfir və diplomatik korpusunun nümayəndələri ilə 25 görüş və birgə tədbir keçirilmişdir. Beynəlxalq əməkdaşlıq mərkəzlərinin fəaliyyətləri də hesabat dövründə daha geniş miqyas almışdır.

İclasda həmçinin ADU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri Misgər Məmmədovun Sosial-İqtisadi Komissiyanın hesabatı haqqında məruzəsi və Baş mühasib Vüsalə Hüseynin ADU-nun 2026-cı il üçün proqnozlaşdırılan büdcəsi haqqında təqdimatı dinlənilib. Tədris işləri üzrə prorektor Şəfəq Şahməmmədova professor Əsgər Zeynalovun “Эреванская аристократия” adlı kitabının Dövlət mükafatına təqdim olunmasından, nəşrin tarixi-siyasi əhəmiyyətindən və bədii məziyyətlərdən danışıb. Çıxış edənlər universitetin elmi potensialının artırılması, pedaqoji heyətin bilik və bacarıqlarının daha da yüksəldilməsi istiqamətində görülən işlər haqqında məlumat veriblər. ADU əməkdaşlarını qarşıdan gələn yeni il münasibətilə təbrik edib, kollektivə yeni-yeni uğurlar arzu ediblər.

2025-ci ilin yekunlarına həsr olunan Elmi Şuranın sonuncu iclası çapa tövsiyələr və təkliflərin səsləndirilməsi ilə yekunlaşıb.

Amidə Zeynalova

Xəbər Lenti

Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış düşərgəsinə start verilib 25.12.2025 - 09:55
“InnovateHER: Fuelling Women’s Success in STEM” layihəsi çərçivəsində silsilə seminarlar keçirilib 25.12.2025 - 09:41
RFO-nun rayon mərhələsində iştirak edənlərin nəzərinə çatdırılıb25.12.2025 - 09:30
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev AZAL qəzasının ildönümünə aid paylaşım edib 25.12.2025 - 09:25
Elm və Təhsil Nazirliyindən AZAL təyyarə qəzasının ildönümünə dair paylaşım25.12.2025 - 09:12
“Qanlı Qədəh”in müəllifi Rəvanə Kərimova: “Yeni əsərimdə 4 baş rol olacaq”25.12.2025 - 08:59
Fulbright Visiting Scholar Proqramına müraciət üçün son günlər: Məzunumuz Dr. Elşən Abdullayevin uğur hekayəsi25.12.2025 - 08:46
Magistraturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək25.12.2025 - 08:33
IX siniflərdə buraxılış imtahanına hazırlıq məqsədilə monitorinq keçirildi25.12.2025 - 08:20
Astara Şəhər Kitabxana Filialı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə tədbir keçirib25.12.2025 - 08:07
Qaxda növbəti monitorinq imtahanı keçirilib25.12.2025 - 07:54
"Smart English: İnteraktiv dil öyrənmə" layihəsinin açılış tədbiri keçirildi25.12.2025 - 07:41
Azərbaycan ali məktəblərinə qəbul test imtahanları ilə aparılmağa başladı25.12.2025 - 07:28
"21 yeni peşə təhsil müəssisəsi fəaliyyətə başlayacaq" – Nazirlikdən açıqlama25.12.2025 - 07:27
Latın qrafikalı Azərbaycan əlifbasının bərpası ilə bağlı qanun qəbul edildi25.12.2025 - 07:15
Bakı Məişət Kondisionerləri Zavodu fəaliyyətə başladı25.12.2025 - 07:02
Milli Qəhrəman Hökumə Əliyeva əziz xatirə ilə anılır25.12.2025 - 06:49
"Minlərlə tələbə üçün təhsil əlçatan oldu" – Fondun 4 illik hesabatı25.12.2025 - 06:44
Aleksandr Kalyaninovun xatirəsi anılır — Azərbaycanın Milli Qəhrəmanı25.12.2025 - 06:36
İqor Kşnyakinin əziz xatirəsi ehtiramla anılır25.12.2025 - 06:23
2000-ci il: Azad Azərbaycan Televiziyası (ATV) təsis edilib25.12.2025 - 06:10
1991-ci ildə İran və İsrail Azərbaycanın müstəqilliyini tanıdı25.12.2025 - 05:57
AZAL-a məxsus "Embraer E190AR" təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəza enişi edib25.12.2025 - 05:44
Azərbaycan ədəbiyyatının sevilən şairi İlyas Tapdıq anılır25.12.2025 - 05:31
Azərbaycan ədəbiyyatının parlaq siması — Yusif Səmədoğlu anılır25.12.2025 - 05:18
Azərbaycan ədəbiyyatının görkəmli siması Famil Mehdi anılır25.12.2025 - 05:05
İkinci Dünya müharibəsində dünyaca nadir qadın gəmi kapitanlarından biri — Şövkət Səlimovanın xatirəsi anılır25.12.2025 - 04:52
Ələsgər Şərifovun anadan olmasının ildönümüdür25.12.2025 - 04:39
İkinci Dünya müharibəsi veteranı Cavad Həkimlinin xatirəsi anılır25.12.2025 - 04:26
Kərim Rizayevin xatirəsi anılır – Sosialist Əməyi Qəhrəmanı25.12.2025 - 04:13
Mir İbrahim Həmzəyev – tanınmış teatr xadiminin xatirəsi anılır25.12.2025 - 04:00
Qəhvə içmək qanda şəkərin səviyyəsinə necə təsir edir? - Diyetoloqlar 4 amili sadaladı24.12.2025 - 19:45
“Məktəbdə Badminton Hərəkatı” layihəsinin açılış tədbiri keçirilib24.12.2025 - 19:40
ADU dosentləri Beynəlxalq Fəlsəfə Gününə həsr edilmiş dəyirmi masada iştirak ediblər24.12.2025 - 19:35
“VRClassroom – reallıqdan virtuala, təcrübədən biliyə” mövzusunda elmi-praktik seminar keçirilib24.12.2025 - 19:30
Dünya ətrafında görünməz bir divar var və onu insanlar yaradıb24.12.2025 - 19:30
ADU-da doktorantlar üçün elmi seminar keçirilib24.12.2025 - 19:23
Prezidentin ad günündən ailə24.12.2025 - 19:15
Nəriman Nərimanovun xatirə müzeyi ziyarət olunub24.12.2025 - 19:05
Attestasiya imtahanı ləğv oluna, yeni sistem yaradıla bilər24.12.2025 - 19:00
''Məşqdən əvvəl, yoxsa sonra yemək daha yaxşıdır?'' - Alimlər cavab verdi24.12.2025 - 19:00
Süni intellekt artıq dil daşıyıcılarını əvəz etməyə başlayır24.12.2025 - 18:52
Orada 1 il 11 saatdır24.12.2025 - 18:50
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Bakı şəhəri 5 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbində olublar24.12.2025 - 18:48
Mədəniyyət Nazirliyi mediatur təşkil edib24.12.2025 - 18:47
Media nümayəndələri üçün kibermaarifləndirmə təlimi keçirildi24.12.2025 - 18:35
Məktəblilər ölkə başçısına təbrik ünvanlayıb24.12.2025 - 18:30