Dekabrın 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutu ilə birgə UNESCO tərəfindən təsis edilmiş Beynəlxalq Fəlsəfə Gününə həsr edilmiş “Dəyərlər və fəlsəfənin tətbiqi problemləri: Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Cənablarının AMEA-nın 80 illik yubileyində çıxışına dair” mövzusunda dəyirmi masa keçirilib.
“Tehsil365” xəbər verir ki, Sözügedən tədbirdə Azərbaycan Dillər Universitetinin Fəlsəfə və İctimai Elmlər kafedrasının dosentləri Fazil Rüstəmov və Şükufə Cabarova iştirak ediblər.
Dəyirmi masada ADPU-nun rektoru prof. Cəfər Cəfərov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru prof. İlham Məmmədzadə, ADPU-nun Fəlsəfə və Sosial Elmlər kafedrasının müdiri prof. Rafail Əhmədli, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü prof. Könül Bünyadzadə və digər qonaqlar çıxış ediblər.

