Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibi olmuş “Məktəbdə Badminton Hərəkatı” layihəsinin açılış tədbiri keçirilib.
“Tehsil365” xəbər verir ki, Tədbirdə Şirvan şəhəri Tahir Bağırov adına 11 nömrəli tam orta ümumtəhsil məktəbinin rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.
Layihənin əsas məqsədi şagirdlərin gündəlik fiziki aktivliyini artırmaq, hərəkətsiz həyat tərzinin qarşısını almaq və sağlam vərdişlər formalaşdırmaqdır.
Qeyd edək ki, layihənin rəhbəri Şirvan şəhəri kimya və biologiya təmayüllü liseyin fiziki tərbiyə müəllimi Babayev Nurəddindir.
Layihəyə Şirvan şəhəri Tahir Bağırov adına 11 nömrəli tam orta ümumtəhsil məktəbində təhsil alan 6-10-cu siniflər arasından 40 nəfər şagird seçilərək cəlb olunacaq. Layihə 5 ay müddətində davam edəcəkdir.

