25 dekabr 1914-cü ildə Naxçıvanın Ordubad şəhərində anadan olmuş Kərim Novruz oğlu Rizayev (Rzayev) Azərbaycanın sənaye və metallurgiya sahəsində tanınmış simalarından biri kimi tarixə düşüb.
"Tehsil365" xəbər verir ki, O, uzun illər təsərrüfat rəhbəri kimi fəaliyyət göstərib, ölkənin iqtisadi inkişafında mühüm rol oynayıb.
Kərim Rizayevin fədakar əməyinə və sənaye sahəsindəki böyük nailiyyətlərinə görə 1980-ci ildə ona SSRİ-nin ən yüksək fəxri adlarından biri – Sosialist Əməyi Qəhrəmanı adı verilib. O, metallurgiya sənayesinin inkişafında, istehsalatın təşkilində və müasir texnologiyaların tətbiqində əvəzsiz xidmətlər göstərib.
Əmək fəaliyyətində yüksək təşkilatçılıq bacarığı ilə seçilən Kərim Rizayev həm də nümunəvi rəhbər kimi tanınıb. Onun fəaliyyəti dövründə bir çox müəssisələr yenidən qurulub, istehsalatın həcmi və keyfiyyəti artırılıb.
Kərim Rizayev 1 avqust 1995-ci ildə Bakıda vəfat edib.
O, Azərbaycanın sənaye tarixində dəyərli iz qoymuş şəxsiyyətlərdən biri kimi yaddaşlarda yaşayır.

