Azərbaycan-sovet hərbçisi, İkinci Dünya müharibəsinin iştirakçısı Cavad Ataxəlil oğlu Həkimli Azərbaycanın hərbi tarixində iz qoymuş şəxslərdən biridir.
"Tehsil365" xəbər verir ki, O, 20 oktyabr 1914-cü ildə Tiflis quberniyasının Borçalı qəzasına bağlı Ləmbəli kəndində anadan olub.
Gənc yaşlarından hərbi xidmətə başlayan Cavad Həkimli, İkinci Dünya müharibəsi illərində cəbhənin müxtəlif istiqamətlərində döyüşərək, vətənin müdafiəsi uğrunda böyük fədakarlıqlar göstərib. Müharibədən sonra uzun illər hərbi sahədə fəaliyyətini davam etdirən Həkimli, həmçinin gənc nəslin vətənpərvər ruhda tərbiyəsində də fəal iştirak edib.
Cavad Həkimli 27 fevral 2006-cı ildə Bakıda vəfat edib. Onun həyat yolu və hərbi xidmətləri Azərbaycanın müharibə tarixində və veteran ənənəsində xüsusi yer tutur.
Bu gün Cavad Həkimlinin əziz xatirəsi ehtiramla anılır.

