25 dekabr 1909-cu ildə Şamaxıda anadan olmuş tanınmış teatr və kino xadimi, rejissor və aktyor Ələsgər Məmmədtağı oğlu Şərifov Azərbaycan incəsənətinin inkişafında mühüm rol oynamış sənətkarlardandır.
"Tehsil365" xəbər verir ki, O, uzun illər ərzində müxtəlif tamaşaların rejissoru və aktyoru kimi fəaliyyət göstərmiş, milli teatr sənətinin zənginləşməsinə töhfə vermişdir. Ələsgər Şərifov 1960-cı ildə Azərbaycan SSR xalq artisti fəxri adına layiq görülüb.
1982-ci ilin 9 sentyabrında Bakıda vəfat edən sənətkarın xatirəsi bu gün də hörmət və ehtiramla yad edilir.

