25 dekabr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, şair, tənqidçi və publisist Famil Ağalar oğlu Mehdiyevin (ədəbiyyatda tanınan adıyla Famil Mehdi) doğum günüdür.
"Tehsil365" xəbər verir ki, O, 1934-cü ildə Ağdam rayonunun Sarıhacılı kəndində dünyaya gəlib.
Yaradıcılığı ilə Azərbaycan poeziyasına yeni nəfəs gətirən Famil Mehdi həm də ədəbiyyatşünaslıq sahəsində mühüm töhfələr vermişdir. O, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. Filologiya elmləri doktoru elmi dərəcəsini 1974-cü ildə, professor adını isə 1977-ci ildə almışdır.
Yazdığı şeirlər, elmi-tənqidi məqalələr və publisist yazıları ilə milli düşüncə, vətənpərvərlik və humanist ideyaları təbliğ edən Famil Mehdi ədəbiyyatda öz dəsti-xətti ilə seçilirdi.
Şair 29 sentyabr 2003-cü ildə Bakıda vəfat edib. Onun zəngin irsi bu gün də ədəbi ictimaiyyət tərəfindən dəyərləndirilir və yeni nəsil oxucular arasında yaşamaqdadır.

