25 dekabr 1935-ci ildə Bakıda dünyaya gələn Yusif Səməd oğlu Vəkilov — tanınmış ədib, Azərbaycanın xalq yazıçısı, ictimai xadim və görkəmli söz ustadıdır.
"Tehsil365" xəbər verir ki, O, Azərbaycan ədəbiyyatına "Qətl günü" kimi mühüm bir əsərlə yeni nəfəs gətirmiş, bədii düşüncənin sərhədlərini genişləndirmişdir.
Yusif Səmədoğlu 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş, 1990-cı ildə isə Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilərək ölkənin ictimai-siyasi həyatında da fəal iştirak etmişdir. Onun yaradıcılığı klassik ənənələrlə çağdaş düşüncə tərzinin sintezini əks etdirir.
Yusif Səmədoğlu 16 avqust 1998-ci ildə Bakıda vəfat etmişdir. Özündən sonra dərin mənalı əsərlər və zəngin ədəbi irs qoyan yazıçı bu gün də oxucuların yaddaşında yaşayır.

