Azərbaycanın Milli Qəhrəmanı, təyyarə kapitanı İqor İvanoviç Kşnyakin 25 dekabr 2024-cü ildə baş verən aviasiya qəzasında qəhrəmancasına həlak olub.
“Tehsil365” xəbər verir ki, O, AZAL-a məxsus Embraer 190 təyyarəsinin kapitanı kimi son uçuşunda da yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdirib.
1962-ci il 19 may tarixində Bakıda doğulan İqor Kşnyakin uzun illər Azərbaycan mülki aviasiyasında çalışıb. Onun adı aviasiya tariximizə vicdanlı, məsuliyyətli və qorxmaz kapitan kimi yazılıb.
Qəza zamanı sərnişinlərin həyatını xilas etməyə çalışarkən göstərdiyi igidliyə görə, ona ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.
İqor Kşnyakinin xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq. O, fədakarlığı və vətənə sədaqəti ilə hər zaman hörmətlə xatırlanacaq.

