Azərbaycanın Milli Qəhrəmanı, təyyarə pilotu Aleksandr Georgiyeviç Kalyaninovun vəfatından bir il ötür.
“Tehsil365” xəbər verir ki, O, 25 dekabr 2024-cü ildə Qazaxıstanın Aktau şəhərində qəhrəmancasına həlak olub.
1992-ci il 11 dekabr tarixində Bakıda dünyaya gələn Aleksandr Kalyaninov öz peşəsinə sadiq, yüksək bacarığı və cəsarəti ilə seçilən hərbi pilotlardan biri idi. Onun fəaliyyəti təkcə bacarıqlı pilot kimi deyil, həm də fədakar və vətənpərvər zabit kimi yadda qalıb.
Azərbaycanın təhlükəsizliyinin və suverenliyinin təmin olunmasında göstərdiyi şücaətə görə o, ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı ilə təltif olunub.
Aleksandr Kalyaninovun əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Onun qəhrəmanlığı gənc nəsillər üçün bir örnəkdir.

