Azərbaycanın Milli Qəhrəmanı, böyük təyyarə bələdçisi Hökumə Cəlil qızı Əliyeva 25 dekabr 2024-cü il tarixində Aktau yaxınlığında baş verən aviasiya qəzasında qəhrəmancasına həlak olub.
“Tehsil365” xəbər verir ki, 1991-ci il avqustun 8-də Kəlbəcər rayonunun Susuzluq kəndində anadan olan Hökumə Əliyeva aviasiya sahəsində peşəkar fəaliyyəti və yüksək xidmət mədəniyyəti ilə seçilirdi. O, uçuş zamanı sərnişinlərin təhlükəsizliyini və rahatlığını təmin etmək üçün böyük məsuliyyət və diqqətlə çalışırdı.
Faciəvi qəza zamanı sərnişinlərin təxliyəsində fədakarlıq göstərən Hökumə Əliyeva son ana qədər vəzifə borcunu yerinə yetirməyə çalışaraq qəhrəmanlıq nümayiş etdirmişdir. Göstərdiyi şücaətə və vətənə sədaqətinə görə ona ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Hökumə Əliyevanın xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq, o, fədakar və cəsur qadın simvolu olaraq daim ehtiramla yad olunacaq.

