1991-ci ilin 25 dekabr tarixində Azərbaycan tarixində mühüm hadisə baş verdi — Azərbaycan Respublikası Ali Soveti tərəfindən "Latın qrafikalı azərbaycan əlifbasının bərpa edilməsi haqqında" qanun qəbul edildi.
“Tehsil365” xəbər verir ki, Bu qərar ölkənin mədəniyyət və təhsil sahəsində böyük dönüş nöqtəsi oldu.
Qanunla Azərbaycan dilinin yazı sistemi kiril qrafikasından latın qrafikasına keçid rəsmiləşdirildi. Bu addım Azərbaycan dilinin beynəlxalq standartlara uyğunlaşdırılması, dilin inkişafı və təhsil sistemində müasirləşmənin təmin olunması məqsədini daşıyırdı.
Latın qrafikasına keçid, həmçinin milli kimliyin gücləndirilməsi və Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında mühüm rol oynadı. Bu qərar ilə Azərbaycan dili və mədəniyyəti daha geniş beynəlxalq müstəviyə çıxarıldı və texnoloji inkişaflara uyğunlaşdırıldı.

