1992-ci ilin 25 dekabr tarixində Azərbaycan Respublikasında ali məktəblərə qəbul sistemində mühüm islahat həyata keçirildi.
“Tehsil365” xəbər verir ki, Azərbaycan Respublikası Ali Soveti tərəfindən qəbul edilən qərarla ali məktəblərə qəbul test imtahanları vasitəsilə aparılması təsdiqləndi.
Bu qərar təhsil sistemində şəffaflıq və ədalətin təmin olunması, tələbələrin bilik səviyyəsinin obyektiv qiymətləndirilməsi məqsədilə atılmış önəmli addım oldu. Test imtahanlarının tətbiqi ilə abituriyentlərin müsabiqəyə əsasən seçilməsi prosesi standartlaşdırıldı və səmərəliliyi artırıldı.
Bu yenilik Azərbaycanda müasir təhsil sisteminin formalaşmasında vacib mərhələ hesab edilir və ölkənin ali təhsil sahəsində keyfiyyətin yüksəldilməsinə təkan verdi.

