Astara şəhəri Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində Babək Rzazadənin təşəbbüsü ilə həyata keçirilən “Smart English: İnteraktiv dil öyrənmə” layihəsinin açılış tədbiri baş tutub.
“Tehsil365” xəbər verir ki, Layihə çərçivəsində 8-10-cu sinif şagirdlərinin Duolingo platforması vasitəsilə ingilis dili bacarıqlarının inkişaf etdirilməsi, buraxılış imtahanlarına hazırlıq və müstəqil dil öyrənmənin təşviqi məqsəd qoyulub.
Tədbirdə Astara rayon təhsil sektoru müdiri Xədicə Əliyeva, məktəb direktoru Rəna Məmmədova, məktəb valideyn komitəsinin sədri, şəhid Nurlan Rəhimovun həyat yoldaşı Səbinə Rəhimova, müəllimlər, qonaqlar və rayonun Qrant layihəsi qalibləri iştirak edərək layihənin əhəmiyyəti barədə çıxış ediblər.
Qeyd edilib ki, layihə şagirdlərin texnologiyaya əsaslanan müasir təhsil metodları ilə tanış olmalarına və xarici dil biliklərini praktik olaraq təkmilləşdirmələrinə şərait yaradacaq.

