24 dekabr 2025-ci il tarixində Astara Şəhər Kitabxana Filialı tərəfindən ilin yekun tədbiri çərçivəsində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramına həsr olunmuş maarifləndirici tədbir Astara şəhər 1 nömrəli tam orta məktəbində təşkil olunub.
“Tehsil365” xəbər verir ki, Tədbirdə kitabxana filialının müdiri Əkbərova Aysel və kitabxanaçı Vəliyeva Aygün çıxış edərək şagirdlərə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü haqqında ətraflı məlumat veriblər. Qeyd olunub ki, bu bayramın əsası 1991-ci ilin dekabrında Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü ilə qoyulub və dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası tərəfindən rəsmən təsdiqlənib.
Tədbirdə həmçinin Dünya Azərbaycanlılarının I Qurultayı (2001) və Ulu Öndər Heydər Əliyevin azərbaycanlıların birliyi naminə gördüyü mühüm işlər vurğulanıb. Şagirdlər milli həmrəylik ruhunu əks etdirən şeirlər səsləndirib, bayram ab-havası yaşanıbdır.

