Fulbright Visiting Scholar Proqramına müraciət üçün son tarix yaxınlaşır – sənəd qəbulu 23 dekabr, çərşənbə axşamı başa çatır.
“Tehsil365” xəbər verir ki, Bu münasibətlə hazırda proqramın uğurlu iştirakçısı olmuş məzunlardan birinin təcrübəsini diqqətinizə çatdırırıq.
Dr. Elşən Abdullayev 2024–2025-ci illərdə ABŞ-ın University of Georgia universitetində Fulbright proqramı çərçivəsində tədqiqat aparıb. O, ABŞ-ın aparıcı alimləri ilə birgə torpaq keyfiyyətinin artırılması və karbon qazı emissiyalarının azaldılmasında soxulcanların rolunu araşdırıb.
Fulbright təcrübəsi Dr. Abdullayevə müasir laboratoriyalarda işləmək, Yer və planet elmləri üzrə önəmli layihələrə qoşulmaq imkanı yaradıb. Bu proqram onun elmi inkişafına, yeni peşəkar şəbəkələr qurmasına və ixtisas sahəsini daha dərindən qavramasına ciddi təsir göstərib.
Fulbright proqramı elm, təhsil və mədəniyyət sahəsində beynəlxalq əməkdaşlıq üçün əvəzolunmaz fürsətlər yaradır. Proqramda iştirak etmək istəyənləri vaxtında müraciət etməyə çağırırıq.

