Təhsil Tələbə Krediti Fondu Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli Fərmanı əsasında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılıb.
Bu gün keçirilən Təhsil Tələbə Krediti Fondunun 4 illik fəaliyyətinə dair hesabat tədbirində çıxış edən Bəhruz Əzimov “Tehsil365”ə bildirib ki, fond fəaliyyətində həmişə “maliyyə çətinliyi olan tələbə qalmamalıdır” şüarı ilə işləyir. O vurğulayıb ki, sosial baxımdan hər kəs üçün əlçatanlığı təmin etmək, gender bərabərliyini qorumaq Fondun prioritetlərindən biridir. Fond hesabına minlərlə tələbə təhsil haqqını ödəyə bilir, sevdiyi ixtisas və universiteti rahat seçir.
Bəhruz Əzimov qeyd edib ki, tələbələr semestr ərzində kəsirsiz oxumalıdırlar, lakin 25 və 50 faiz güzəşt imkanlarından yararlanmaq üçün daha çox çalışmalıdırlar. Bu sistem tələbəni daha yaxşı çalışmağa stimullaşdırır və nəticədə yüzlərlə tələbə təhsilini yarımçıq qoymadan sevdiyi sahədə təhsil ala bilir.

