“Təhsil Tələbə Krediti Fondu Elm və Təhsil Nazirliyinin ən uğurlu addımlarından biridir və bir kreditin bir gəncin taleyinə necə təsir etdiyini biz müşahidə etmişik.”
Bu sözləri Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev “Tehsil365”ə açıqlamasında bildirib.
O bildirib ki, Fondun fəaliyyəti nəticəsində minlərlə tələbə təhsil haqqını ödəyə bilir və sevdiyi ixtisas üzrə təhsil almaq imkanına malikdir. Fond həm kəmiyyət, həm də keyfiyyət baxımından təhsilin inkişafına müsbət təsir göstərir.
Səbuhi Rzayev əlavə edib ki, ali təhsil müəssisələrimiz əmək bazarının əsas istiqamətləri ilə uyğun olaraq daha keyfiyyətli məzmun təqdim edir. Yenilənmiş tədris planları hazırlanıb və növbəti illərdə bakalavr səviyyəsində də tətbiqi planlaşdırılır. Bu, həmçinin ortaq ixtisaslar üçün yeni imkanlar yaradır.
Əlavə olaraq Səbuhi Rzayev ki, peşə təhsili sahəsində də mühüm dəyişikliklər nəzərdə tutulduğunu qeyd edib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2025-ci il 5 dekabr tarixli fərmanı ilə ölkədə 21 yeni peşə təhsil müəssisəsi fəaliyyətə başlayacaq. Bundan əlavə, artıq fəaliyyət göstərən ali təhsil müəssisələri, o cümlədən İtaliya-Azərbaycan Universiteti və Qarabağ Universiteti, ön sıralarda təhsil imkanlarını artıracaq.
Səbuhi Rzayev bildirib ki, bu addımlar təhsil sisteminin bütün səviyyələrində inkişafı təşviq edir və tələbələrin keyfiyyətli təhsil almasını təmin edir.

