Təhsil 365 - Logo Mobile

Məktəblilər beynəlxalq olimpiadalarda 12 medal qazanıblar

10325.12.2025 - 11:15
Məktəblilər beynəlxalq olimpiadalarda 12 medal qazanıblar

Paytaxt məktəbliləri təqvim ili ərzində riyaziyyat, informatika, kimya fənləri və proqramlaşdırma istiqaməti üzrə Qazaxıstan, Şimali Makedoniya, Birləşmiş Ərəb Əmirlikləri, Rumıniya, Özbəkistan, Boliviyada, Bosniya və Herseqovinada keçirilən beynəlxalq olimpiada və müsabiqələrdə ümumilikdə 2 qızıl, 4 gümüş, 6 bürünc medala və 1 həvəsləndirici mükafata layiq görülüblər.

“Tehsil365” xəbər verir ki, Bakı şəhəri 287 nömrəli “Zəkalar” liseyinin şagirdi Fərhad İsgəndər Özbəkistanın Daşkənd şəhərində keçirilən 3-cü Əl-Xarəzmi Beynəlxalq Riyaziyyat və İnformatika Olimpiadasında və Şimali Makedoniyanın Struqa şəhərində keçirilən Yeniyetmələrin 29-cu Balkan Riyaziyyat Olimpiadasında (JBMO 2025) qızıl, Bosniya və Herseqovinanın Sarayevo şəhərində keçirilən 42-ci Balkan Riyaziyyat Olimpiadasında isə gümüş medala layiq görülüb.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən 57-ci Beynəlxalq Kimya Olimpiadasında (IChO 2025) Kimya-biologiya təmayüllü Respublika liseyinin XI sinif şagirdi Murad Xəlilzadə gümüş medala, həmin liseyin XI sinif şagirdləri Ümid Mustafazadə, Nəzrin Həsənova bürünc medala layiq görülüblər.

Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi Murad Səfərli Şimali Makedoniyanın Struqa şəhərində keçirilən Yeniyetmələrin 29-cu Balkan Riyaziyyat Olimpiadasında (JBMO 2025) bürünc medal qazanıb.

Boliviyanın paytaxtı Sukre şəhərində təşkil edilən məktəblilərin 37-ci Beynəlxalq İnformatika Olimpiadasında (IOI 2025) Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Ayxan Dəmirli gümüş, Bakı şəhəri 157 nömrəli məktəbin X sinif şagirdi Həsən Vəliyev və Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Elvin İmanlı bürünc medala, Bakı şəhəri "Ankara məktəbi" məktəb-liseyinin XI sinif şagirdi Əli Əliyev isə həvəsləndirici mükafata layiq görülüb. “Ankara məktəbi” məktəb-liseyinin şagirdi Əli Əliyev, həmçinin Rumıniyada məktəblilərin onlayn formatda VII “InfO (1) Cup” proqramlaşdırma müsabiqəsindən gümüş, Qazaxıstanın Astana şəhərində təşkil olunan XXI Beynəlxalq Jautikov Olimpiadasından bürünc medal əldə edib.

Nərgiz Süleymanova

Xəbər Lenti

Kral Çarlz Milad müraciətində insanları sosial mediadan uzaqlaşmağa çağırıb25.12.2025 - 17:27
Ankarada Azərbaycanın və Türkiyənin görkəmli şairlərinin xatirəsi anılıb25.12.2025 - 17:18
“Təhsil müəssisələrində zorakılığın qarşısının alınması" mövzusunda valideyn konfransı keçirilib 25.12.2025 - 17:06
Sumqayıt şəhər 37 nömrəli tam orta məktəbdə bilik yarışı keçirilib25.12.2025 - 16:48
“Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri" müsabiqəsinin ikinci mərhələsi başa çatıb25.12.2025 - 16:31
Çinin BYD şirkəti ilin sonunadək Azərbaycanda 300 elektrobus istehsal etməyi planlaşdırır25.12.2025 - 16:14
Sağlamlıq imkanları məhdud uşaqlar üçün maarifləndirmə tədbiri keçirilib25.12.2025 - 15:57
Təyyarə qəzası süni intellektlə anbaan canlandırıldı25.12.2025 - 15:40
Məleykə Abbaszadə: "Yeni ixtisaslar yaranacaq" 25.12.2025 - 15:29
UNEC-də ICRESS-2025 konfransının təşkilində fərqlənən əməkdaş və tələbələr təltif olunub25.12.2025 - 15:16
Nasa Aya ekspedisiya göndərəcək25.12.2025 - 15:01
Gözlənilməz təhlükə: Mavi işıq dərini sürətlə qocaldır25.12.2025 - 14:49
Bəşəriyyətin yadplanetlilərlə qarşılaşacağı təxmini zaman açıqlanıb25.12.2025 - 14:37
Sabah rayonlarda qar yağacaq - 26.12.202525.12.2025 - 14:25
ATU ilə İnformasiya Texnologiyaları İnstitutu arasında memorandum imzalanıb25.12.2025 - 14:11
Qrant müsabiqəsinin nəticələri açıqlanıb25.12.2025 - 14:00
Azyaşlı yüksək hərarətdən öldü25.12.2025 - 13:49
Mühəndislik fakültəsinin yeni binası qısa müddətdə inşa ediləcək25.12.2025 - 13:39
Elm və təhsil naziri BMT-nin Rezident Əlaqələndiricisi ilə görüşüb25.12.2025 - 13:28
Sertifikasiyaya düşəcək mövzular açıqlandı25.12.2025 - 13:14
"Əməkdaşlıq Çin və Azərbaycan arasında dostluğun möhkəmlənməsinə xidmət edir"25.12.2025 - 13:00
Tarix Muzeyində Birinci Türkoloji Qurultayın iştirakçılarına aid onlarla şəxsi sənəd və əşya saxlanılır25.12.2025 - 12:45
Şagird və tələbələr arasında statistika üzrə olimpiada keçiriləcək25.12.2025 - 12:30
UNEC tələbələri hakatonlarda ardıcıl qələbələr qazanıblar25.12.2025 - 12:15
52 məzun qızıl və gümüş nişana layiq görülüb25.12.2025 - 12:00
TTKF-nun 4 illik fəaliyyətinə dair hesabat tədbiri keçirilib25.12.2025 - 11:45
Şuşa məktəbinin direktoru vəfat edib25.12.2025 - 11:32
AzMİU-nun gənc müəllimi tədqiqat aparmaq üçün Almaniyaya dəvət edilib25.12.2025 - 11:30
Biologiyada süni intellektin tətbiqinə dair elmi müzakirə aparılıb25.12.2025 - 11:00
BDU Türkiyənin daha bir universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb25.12.2025 - 10:45
Fənn olimpiadalarının rayon mərhələsi üzrə buraxılış vərəqələrinin yüklənməsi prosesinə başlanılıb25.12.2025 - 10:40
Ən çox “Biznesin idarə edilməsi” ixtisasında oxuyanlara kredit verilib25.12.2025 - 10:25
Bakıda fərdi təhsil alan şagirdlərin sayı açıqlanıb25.12.2025 - 10:10
Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış düşərgəsinə start verilib 25.12.2025 - 09:55
“InnovateHER: Fuelling Women’s Success in STEM” layihəsi çərçivəsində silsilə seminarlar keçirilib 25.12.2025 - 09:41
RFO-nun rayon mərhələsində iştirak edənlərin nəzərinə çatdırılıb25.12.2025 - 09:30
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev AZAL qəzasının ildönümünə aid paylaşım edib 25.12.2025 - 09:25
Elm və Təhsil Nazirliyindən AZAL təyyarə qəzasının ildönümünə dair paylaşım25.12.2025 - 09:12
“Qanlı Qədəh”in müəllifi Rəvanə Kərimova: “Yeni əsərimdə 4 baş rol olacaq”25.12.2025 - 08:59
Fulbright Visiting Scholar Proqramına müraciət üçün son günlər: Məzunumuz Dr. Elşən Abdullayevin uğur hekayəsi25.12.2025 - 08:46
Magistraturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək25.12.2025 - 08:33
IX siniflərdə buraxılış imtahanına hazırlıq məqsədilə monitorinq keçirildi25.12.2025 - 08:20
Astara Şəhər Kitabxana Filialı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə tədbir keçirib25.12.2025 - 08:07
Qaxda növbəti monitorinq imtahanı keçirilib25.12.2025 - 07:54
"Smart English: İnteraktiv dil öyrənmə" layihəsinin açılış tədbiri keçirildi25.12.2025 - 07:41
Azərbaycan ali məktəblərinə qəbul test imtahanları ilə aparılmağa başladı25.12.2025 - 07:28
"21 yeni peşə təhsil müəssisəsi fəaliyyətə başlayacaq" – Nazirlikdən açıqlama25.12.2025 - 07:27