Təhsil 365 - Logo Mobile

TTKF-nun 4 illik fəaliyyətinə dair hesabat tədbiri keçirilib

10725.12.2025 - 11:45
TTKF-nun 4 illik fəaliyyətinə dair hesabat tədbiri keçirilib

25 dekabr 2025-ci il tarixində Təhsil Tələbə Krediti Fondunun (TTKF) 4 illik fəaliyyətinə həsr olunmuş hesabat tədbiri keçirilib.

“Tehsil365” xəbər verir ki, tədbirin əsas məqsədi fondun fəaliyyətə başladığı və ilk müraciətlərin rəsmiləşdirildiyi tarixdən bu günədək həyata keçirilən fəaliyyətin nəticələrini təqdim etmək, əldə olunan nailiyyətləri və qarşıda duran hədəfləri ictimaiyyətlə bölüşmək olub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Fondun son 4 il ərzində həyata keçirdiyi fəaliyyətləri, əldə olunan nəticələri və tələbələrə göstərilən dəstəyi əks etdirən videoçarx nümayiş olunub. Videoçarxda, eyni zamanda, bir sıra ali təhsil müəssisələrinin rektorlarının Fondun cəmiyyət üçün əhəmiyyətinə dair fikirləri və təbrik mesajları yer alıb.

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimov təqdimatla çıxış edərək Fondun yaradılması, fəaliyyət istiqamətləri, məqsəd və missiyaları, eləcə də strateji hədəfləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2021-ci il tarixli, 1367 nömrəli Fərmanı ilə Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılan Təhsil Tələbə Krediti Fondu artıq 4 ildir ki, əsasən aztəminatlı və sosial həssas təbəqələrdən olan vətəndaşların təhsilə çıxış imkanlarının genişləndirilməsi, təhsilə əlçatanlığın təmin edilməsi və təhsildə bərabər imkanların yaradılması istiqamətində fəaliyyət göstərir.

Bildirilib ki, Fondun fəaliyyəti dövründə e-ttkf.edu.az elektron portalına 86 mindən çox müraciət daxil olub, 70 mindən artıq təhsil tələbə krediti üzrə müqavilə rəsmiləşdirilib. Kreditlərin 65 faizi standart (45 956 TTK müqaviləsi), 35 faizi isə sosial (24 437 TTK müqaviləsi) təhsil tələbə kreditlərinin payına düşür. Kredit alan tələbələrin təhsil aldıqları müəssisələr sırasında ölkənin bütün ali, orta ixtisas və peşə təhsil müəssisələri yer alıb.

Vurğulanıb ki, gender bölgüsünə əsasən, kredit alanların 63 faizi qadınların (44 071 TTK müqaviləsi), 37 faizi isə kişilərin (26 322 TTK müqaviləsi) payına düşür. Bu göstərici Fondun qadınların, xüsusilə regionlarda yaşayan və sosial həssas ailələrdən olan qadınların təhsilə çıxış imkanlarının genişləndirilməsində mühüm rol oynadığını nümayiş etdirir.

Fondun regional əhatəliliyi barədə məlumat verən Bəhruz Əzimov bildirib ki, təhsil tələbə kreditləri respublikanın bütün bölgələrini əhatə edir və region gənclərinin ali, orta ixtisas və peşə təhsili almaq imkanlarını artırır. Qeyd olunub ki, bu günədək təhsil tələbə kreditləri üzrə 64 milyon manatdan çox vəsait xərclənib. Vəsaitlərin təxminən 39 milyon manatdan çoxu standart, 25 milyon manatdan çox hissəsi isə sosial təhsil tələbə kreditlərinin payına düşüb.

Fondun fəaliyyəti çərçivəsində ölkə miqyasında maarifləndirmə və təbliğat işlərinin sistemli şəkildə aparıldığı bildirilib. Son 4 il ərzində ölkənin müxtəlif regionlarında ali, orta ixtisas, peşə və ümumi təhsil müəssisələrində görüşlər təşkil olunub, 90 000-ə yaxın tələbə, abituriyent, şagird, valideyn və pedaqoji heyət maarifləndirici infosessiyalara cəlb edilib. Çağrı mərkəzi, sosial media hesabları və Fondun ofisində minlərlə vətəndaş müraciəti operativ şəkildə cavablandırılıb.

Çıxışda təhsil tələbə kreditlərindən yararlanan tələbə və məzunlara geri ödəniş mərhələsində göstərilən dəstək mexanizmlərinə də toxunulub. Bildirilib ki, məzunların maliyyə savadlılığının artırılması və məşğulluqlarının dəstəklənməsi məqsədilə ödənişsiz təlimlər, təcrübə proqramları və karyera sərgilərində iştirak imkanları yaradılıb. Əmək bazarına çevik çıxışı dəstəkləmək məqsədilə Fondun 4 illik fəaliyyəti dövründə kreditdən faydalanan 3000-dən çox tələbə və məzun təlim-təcrübə proqramlarına yönəldilib, 400-ə yaxın məzunun işlə təmin olunmasında vasitəçilik edilib. Bu məqsədlə, 9 təhsil müəssisəsi, 7 dövlət qurumu, 19 özəl şirkət ilə Anlaşma Memorandumu imzalanıb.

Fondun fəaliyyətində yaş məhdudiyyətinin tətbiq edilmədiyi, eyni ailədən bir neçə nəfərin təhsil tələbə kreditindən faydalana bilməsinin Fondun sosial yönümlü və inklüziv fəaliyyətinin göstəricisi olduğu diqqətə çatdırılıb. İndiyədək 2 tələbəsi olan 1 667 ailədə ümumilikdə 3 334 tələbə, 3 tələbəsi olan 41 ailədən 123 tələbə, 4 tələbəsi olan 3 ailədən isə 12 tələbə təhsil tələbə kreditindən yararlanıb. Ümumilikdə, 1 711 ailəni əhatə edən 3 469 tələbə TTK mexanizmi çərçivəsində kreditlə təmin olunub.

Geri ödəniş mərhələsində tətbiq olunan güzəştlərdən bəhs edilərək bildirilib ki, kreditlərin verilmə qaydasına əsasən normativ təhsil müddətində akademik göstəriciləri yüksək olan məzunların kredit vəsaitlərinin müəyyən hissəsi dövlət tərəfindən bağışlanır.

Bu baxımdan, ümumi orta müvəffəqiyyət göstəriciləri yüksək olan məzunlara 681 Sosial TTK müqaviləsi üzrə 50 faiz və 1 679 Standart TTK müqaviləsi üzrə 25 faiz güzəştlər tətbiq olunub, ümumilikdə 761min manata yaxın kredit vəsaiti bağışlanıb.

Tədbirdə Fondun beynəlxalq fəaliyyətinə də toxunulub. Qeyd edilib ki, Təhsil Tələbə Krediti Fondu 2025-ci təqvim ilində “QS Reimagine Education” çərçivəsində beynəlxalq tanınma sertifikatına layiq görülüb.

Cari ildə Fond tərəfindən 2 ay davam edən Könüllü Proqramı təşkil olunub, könüllülər təhsil tələbə kreditləri ilə bağlı maarifləndirmə fəaliyyətlərinə cəlb edilib. Bundan əlavə, Fondun elektron portalının effektiv istifadəsi məqsədilə ali, orta ixtisas və peşə təhsili müəssisələrinin e-ttkf.edu.az portal üzrə təyin edilmiş 108 nəfər məsul şəxs üçün təlimlər keçirilib.

Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin və digər aidiyyəti qurumların nümayəndələri Fondun fəaliyyətini yüksək qiymətləndirərək bu mexanizmin ölkədə təhsilin əlçatanlığının artırılmasında, sosial bərabərliyin və insan kapitalının inkişafında mühüm rol oynadığını vurğulayıblar.

Sonda media nümayəndələrinin sualları cavablandırılıb. Fond rəhbərliyi 4 il ərzində Fondun fəaliyyətinin ictimaiyyətə dolğun və operativ şəkildə çatdırılmasında göstərdikləri dəstəyə görə media nümayəndələrinə təşəkkür edib.

Nərgiz Süleymanova

Xəbər Lenti

“Yadıma düşdü” sənədli filminin çəkilişləri yekunlaşıb26.12.2025 - 08:20
Astara rayon Şahağac kənd R.Mirzəyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyət göstərir26.12.2025 - 08:07
Kitabxana müdiri Təranə Mülkümova III sinif şagirdlərinin oxu sürətini yoxlamaq məqsədilə yoxlama keçirmişdir26.12.2025 - 07:54
Astara rayon buraxılış imtahanlarına hazırlıq məqsədilə növbəti monitorinq keçirilib26.12.2025 - 07:41
Astara şəhər 4 nömrəli tam orta məktəbdə "Dünya Azərbaycanlılarının Uğurları və Həmrəyliyi" adlı tədbir keçirildi26.12.2025 - 07:28
Zaqatala Çökəkoba kənd tam orta məktəbində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bilik yarışı keçirildi26.12.2025 - 07:15
Zaqatala Çökəkoba kənd tam orta məktəbinin direktoru Sara Kərimova II sinifdə dərsdinləmədə iştirak edib26.12.2025 - 07:02
Zaqatala Çökəkoba kənd tam orta məktəbində Fikrət Əmirovun yaradıcılığına həsr olunmuş maarifləndirici tədbir keçirildi26.12.2025 - 06:49
Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib26.12.2025 - 06:41
Əliabad İki Nömrəli Məktəbdə 7-ci sinifdə Səttar Bəhlulzadə haqqında açıq dərs keçirildi26.12.2025 - 06:36
Gələn ildən ilkin peşə təhsili üzrə təhsil krediti veriləcək26.12.2025 - 06:25
Əliabad İki Nömrəli Məktəbdə 5-ci sinifdə Üzeyir Hacıbəyli haqqında açıq dərs keçirildi26.12.2025 - 06:23
Zaqatala Çökəkoba kənd tam orta məktəbində Pedaqoji Şura keçirilib26.12.2025 - 06:10
Sertifikasiyaya düşəcək mövzular Açıqlandı26.12.2025 - 06:01
Zaqatala Çökəkoba kənd tam orta məktəbində I sinifdə Həyat bilgisi dərsi izlənilib26.12.2025 - 05:57
Zaqatala Çökəkoba kənd tam orta məktəbində Həyat Bilgisi dərsinin tədrisinə nəzarət edilib26.12.2025 - 05:44
Gələn il bu müəllimlər ilk dəfə sertifikatlaşdırmaya cəlb olunacaq26.12.2025 - 05:44
Çayı belə içəndə mədə xərçəngi yaradır26.12.2025 - 05:31
Zaqatala Çökəkoba kənd tam orta məktəbində valideyn iclası keçirilib26.12.2025 - 05:31
Bakıda Heydər məscidinin açılışından 11 il ötür26.12.2025 - 05:18
Peşə Mərkəzinin saytında "Elektron tədris sistemi" bölməsi yaradılıb26.12.2025 - 05:15
1991-ci il: Daha altı ölkə Azərbaycanın müstəqilliyini tanıdı26.12.2025 - 05:05
Xankəndinin işğalından azadlığına uzanan yol: Tarixi ədalət bərpa olundu26.12.2025 - 04:52
Milli Qəhrəman Vəzir Orucovun xatirəsi anılır26.12.2025 - 04:39
Xalq artisti Nuriyyə Əhmədovanın xatirəsi anılır26.12.2025 - 04:26
Əhməd İsayevin vəfatının ildönümüdür26.12.2025 - 04:13
Azərbaycanın tanınmış tarixçisi Nemətova Məşədixanımın xatirəsi anılır26.12.2025 - 04:00
Zərərli olan hər şeyi süngər kimi özünə çəkir25.12.2025 - 19:25
Azərbaycanda tibb işçilərinin sayı azalıb25.12.2025 - 19:09
Yayılan qripin əsas əlamətləri: Qızdırma, titrətmə və güclü ağrılar - Xəstəlik nə qədər davam edir?25.12.2025 - 18:54
"Dərsdə oturduğumuz yerdə hər gün cərimələr gəlir" - Müəllimlərdən parkinq barədə ŞİKAYƏT25.12.2025 - 18:43
Kral Çarlz Milad müraciətində insanları sosial mediadan uzaqlaşmağa çağırıb25.12.2025 - 17:27
Ankarada Azərbaycanın və Türkiyənin görkəmli şairlərinin xatirəsi anılıb25.12.2025 - 17:18
“Təhsil müəssisələrində zorakılığın qarşısının alınması" mövzusunda valideyn konfransı keçirilib 25.12.2025 - 17:06
Sumqayıt şəhər 37 nömrəli tam orta məktəbdə bilik yarışı keçirilib25.12.2025 - 16:48
“Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri" müsabiqəsinin ikinci mərhələsi başa çatıb25.12.2025 - 16:31
Çinin BYD şirkəti ilin sonunadək Azərbaycanda 300 elektrobus istehsal etməyi planlaşdırır25.12.2025 - 16:14
Sağlamlıq imkanları məhdud uşaqlar üçün maarifləndirmə tədbiri keçirilib25.12.2025 - 15:57
Təyyarə qəzası süni intellektlə anbaan canlandırıldı25.12.2025 - 15:40
Məleykə Abbaszadə: "Yeni ixtisaslar yaranacaq" 25.12.2025 - 15:29
UNEC-də ICRESS-2025 konfransının təşkilində fərqlənən əməkdaş və tələbələr təltif olunub25.12.2025 - 15:16
Nasa Aya ekspedisiya göndərəcək25.12.2025 - 15:01
Gözlənilməz təhlükə: Mavi işıq dərini sürətlə qocaldır25.12.2025 - 14:49
Bəşəriyyətin yadplanetlilərlə qarşılaşacağı təxmini zaman açıqlanıb25.12.2025 - 14:37
Sabah rayonlarda qar yağacaq - 26.12.202525.12.2025 - 14:25
ATU ilə İnformasiya Texnologiyaları İnstitutu arasında memorandum imzalanıb25.12.2025 - 14:11
Qrant müsabiqəsinin nəticələri açıqlanıb25.12.2025 - 14:00
Azyaşlı yüksək hərarətdən öldü25.12.2025 - 13:49