Təhsil 365 - Logo Mobile

ATU ilə İnformasiya Texnologiyaları İnstitutu arasında memorandum imzalanıb

6625.12.2025 - 14:11
ATU ilə İnformasiya Texnologiyaları İnstitutu arasında memorandum imzalanıb

Azərbaycan Tibb Universiteti ilə AR ETN İnformasiya Texnologiyaları İnstitutu arasında rəqəmsal səhiyyə və rəqəmsal tibb sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

Bu barədə “Tehsil365”ə institutdan məlumat verilib.

Azərbaycan Tibb Universitetində (ATU) keçirilən görüşdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli, AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev, eləcə də hər iki qurumu təmsil edən məsul şəxslər, alim və mütəxəssislər iştirak ediblər.

Görüşdə əvvəlcə ATU-nun rektoru, professor Gəray Gəraybəyli çıxış edərək son illər dövlət başçısı tərəfindən elm və təhsilin inteqrasiyası istiqamətində mühüm vəzifələrin müəyyənləşdirildiyini, bu sahədə kompleks tədbirlərin həyata keçirilməsinin, əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin böyük aktuallıq kəsb etiyini qeyd edib.

Müasir dövrdə bütün sahələrdə olduğu kimi, tibb təhsili sferasında da informasiya texnologiyalarından, süni intellektdən geniş istifadə olunduğunu söyləyən rektor, ATU-nun bu istiqamətdə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində fəal iştirak etdiyini deyib. Professor G.Gəraybəyli İnformasiya Texnologiyaları İnstitutu ilə qurulan əməkdaşlıq əlaqələrini, həyata keçirilən birgə multidissiplinar tədqiqatları, layihələri yüksək qiymətləndirib. Rektor institut ilə ATU-nun digər kafedraları arasında da əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin gələcəkdə daha səmərəli birgə layihələrin həyata keçirilməsinə zəmin yaradacağına əminliyini ifadə edib.

Sonra akademik Rasim Əliquliyev çıxış edərək IV Sənaye İnqilabı və süni intellektin təsiri ilə yaranan qabaqcıl texnologiyaların inkişaf etdirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini, Cənab Prezident İlham Əliyev tərəfindən 2025-ci ildə bir neçə mühüm strateji sənədin qəbul edildiyini söyləyib.

“Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”, “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın alim və mütəxəssislərin qarşısına mühüm vəzifələr qoyduğunu vurğulayıb: “Həmin sənədlərdə süni intellektin digər sahələrlə yanaşı, səhiyyə sektoruna da ciddi dəyişikliklər gətirəcəyi nəzərə alınaraq, bu sferada elmi tədqiqatların və əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, innovasiya mühitinin dəstəklənməsi kimi məsələlərə xüsusi diqqət yetirilir”.

Müasir dövrdə qlobal çağırışlar kontekstində süni intellektin tibbdə tətbiqi məsələsinin daha da aktuallaşdığını vurğulayan akademik Rasim Əliquliyev ölkəmizdə tibbi informatika, rəqəmsal səhiyyənin formalaşması sahəsində institutsional tədbirlərin görülməsinin vacibliyini önə çəkib.

AMEA-nın vitse-prezidenti ATU ilə 2016-ci ildə əsası qoyulan əməkdaşlıq əlaqələrinin bu gün də uğurla davam etdirildiyini, bu illər ərzində müxtəlif görüşlərin, birgə konfransların, seminarların keçirildiyini qeyd edib.

Akademik İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssislərinin ATU-nun şəbəkə infrastrukturunun yenidən qurulmasında fəal iştirak etdiklərini, qabaqcıl texnologiyaların tətbiqi ilə rəqəmsal tibbin inkişaf etdirilməsi, səhiyyənin informasiyalaşdırılması və elektron tibb xidmətlərinin keyfiyyətinin artırılması işlərinə dəstək verdiklərini söyləyib.

Alim cari ilin may ayında keçirilən “Rəqəmsal tibb 4.0: problemlər, imkanlar və perspektivlər” II respublika elmi-praktiki konfransını da xatırladıb. Qeyd edib ki, Azərbaycanda rəqəmsal səhiyyənin formalaşması, generasiya olunan böyük həcmli rəqəmsal səhiyyə və tibb məlumatlarının toplanması, emalı və mübadiləsi kimi bir çox elmtutumlu məsələlərə diqqətin artırılması, rəqəmsal səhiyyənin inkişaf istiqamətləri, problemləri və prioritetlərinin müəyyənləşdirilməsi, eyni zamanda müvafiq sahədə aparılan tədqiqatların monitorinqinin həyata keçirilməsi bu tədbirin əsas hədəflərindən idi. Konfrans Azərbaycanda rəqəmsal tibbin aktual elmi problemləri və prioritetlərinin müəyyənləşdirilməsi baxımından mühüm nəticələrlə yadda qalmışdır.

AMEA-nın müxbir üzvü, ATU-nun I cərrahi xəstəliklər kafedrasının müdiri, professor Nuru Bayramov çıxış edərək rəhbərlik etdiyi kafedra ilə İnformasiya Texnologiyaları İnstitutu arasında davam edən səmərəli əməkdaşlıq əlaqələrindən bəhs edib, tamamlanmış və hazırda davam edən birgə layihələr, aparılan tədqiqatlar və əldə olunan nailiyyətlər haqqında danışıb. Həmçinin I cərrahi xəstəliklər kafedrası və İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları tərəfindən hazırlanan, tələbələr və rezidentlər üçün nəzərdə tutulan “Cərrahi platforma” adlı çoxdilli və çoxfunksiyalı tədris portalı haqqında məlumat verib.

Görüşdə AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova da çıxış edərək institutda ATU-nun I cərrahi xəstəliklər kafedrası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər, aparılan tədqiqatlar haqqında məlumat verib. Alim e-tibdə Big Data və Data Mining texnologiyalarının tətbiqi, tibbi rəqəmsal əkiz modelləri əsasında pasiyentin sağlamlıq vəziyyətinin proqnozlaşdırılması, tibbi sosial media resurslarının münasibət seqmentlərindəki informasiyanın analizi və qərarların qəbulu istiqamətində araşdırmaların aparıldığını, eyni zamanda qaraciyər xərçənginin erkən diaqnozu üçün intellektual metodların, səhiyyə 4.0 mühitində Əhalinin Sağlamlığı Observatoriyasının formalaşmasının elmi-nəzəri və praktiki əsaslarının işlənildiyini nəzərə çatdırıb. Hepatosellular karsinomanin mərhələlərinin təyini üçün intellektual sistemin işlənildiyini, bu tədqiqatın nəticələrinə görə Avrasiya patentinin aldındığını söyləyib.

Tədbirdə ATU-nun Tibbi və bioloji fizika kafedrasının müdiri, dosent İsmayıl Qafarov, İnfromasiya Texnologiyaları İnstitutunun AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev və institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov da çıxış edərək əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlərdən, qarşıda duran vəzifə və prioritetlərdən danışıblar.

Görüşdə həmçinin ATU-da AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzi vasitəsilə GEANT Asossiasiyasının təqdim etdiyi imkanlardan, sürətli internet və qabaqcıl şəbəkə xidmətlərindən istifadənin təmin edilməsi, institutun alim və mütəxəssisləri tərəfindən ATU-nun tələbələrinə elmi-metodiki dəstəyin göstərilməsi, yüksəkixtisaslı kadrların hazırlanması və birgə qrant layihələrinin həyata keçirilməsinə dair geniş fikir mübadiləsi aparılıb, təkliflər irəli sürülüb.

Sonra Azərbaycan Tibb Universiteti ilə İnformasiya Texnologiyaları İnstitutu arasında rəqəmsal səhiyyə və rəqəmsal tibb sahələrində əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumda innovasiyaların, rəqəmsal texnologiyaların, səhiyyə və tibbi fəaliyyətə dair verilənlərin kibertəhlükəsizliyinin və data suverenliyinin təmin edilməsi sahəsində dövlət siyasətindən irəli gələn vəzifələrin icrasına elmi dəstəyin göstərilməsi, tibbdə süni intellekt və rəqəmsal texnologiyaların tətbiqinə dair birgə elmi tədqiqatların aparılması, qrant layihələrində iştirak, seminar və konfransların təşkili, kadr və təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub.

Rəşanə İsamqızı

Xəbər Lenti

Astara şəhər 4 nömrəli tam orta məktəbdə "Dünya Azərbaycanlılarının Uğurları və Həmrəyliyi" adlı tədbir keçirildi26.12.2025 - 07:28
Zaqatala Çökəkoba kənd tam orta məktəbində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bilik yarışı keçirildi26.12.2025 - 07:15
Zaqatala Çökəkoba kənd tam orta məktəbinin direktoru Sara Kərimova II sinifdə dərsdinləmədə iştirak edib26.12.2025 - 07:02
Zaqatala Çökəkoba kənd tam orta məktəbində Fikrət Əmirovun yaradıcılığına həsr olunmuş maarifləndirici tədbir keçirildi26.12.2025 - 06:49
Əliabad İki Nömrəli Məktəbdə 7-ci sinifdə Səttar Bəhlulzadə haqqında açıq dərs keçirildi26.12.2025 - 06:36
Əliabad İki Nömrəli Məktəbdə 5-ci sinifdə Üzeyir Hacıbəyli haqqında açıq dərs keçirildi26.12.2025 - 06:23
Zaqatala Çökəkoba kənd tam orta məktəbində Pedaqoji Şura keçirilib26.12.2025 - 06:10
Zaqatala Çökəkoba kənd tam orta məktəbində I sinifdə Həyat bilgisi dərsi izlənilib26.12.2025 - 05:57
Zaqatala Çökəkoba kənd tam orta məktəbində Həyat Bilgisi dərsinin tədrisinə nəzarət edilib26.12.2025 - 05:44
Zaqatala Çökəkoba kənd tam orta məktəbində valideyn iclası keçirilib26.12.2025 - 05:31
Bakıda Heydər məscidinin açılışından 11 il ötür26.12.2025 - 05:18
1991-ci il: Daha altı ölkə Azərbaycanın müstəqilliyini tanıdı26.12.2025 - 05:05
Xankəndinin işğalından azadlığına uzanan yol: Tarixi ədalət bərpa olundu26.12.2025 - 04:52
Milli Qəhrəman Vəzir Orucovun xatirəsi anılır26.12.2025 - 04:39
Xalq artisti Nuriyyə Əhmədovanın xatirəsi anılır26.12.2025 - 04:26
Əhməd İsayevin vəfatının ildönümüdür26.12.2025 - 04:13
Azərbaycanın tanınmış tarixçisi Nemətova Məşədixanımın xatirəsi anılır26.12.2025 - 04:00
Zərərli olan hər şeyi süngər kimi özünə çəkir25.12.2025 - 19:25
Azərbaycanda tibb işçilərinin sayı azalıb25.12.2025 - 19:09
Yayılan qripin əsas əlamətləri: Qızdırma, titrətmə və güclü ağrılar - Xəstəlik nə qədər davam edir?25.12.2025 - 18:54
"Dərsdə oturduğumuz yerdə hər gün cərimələr gəlir" - Müəllimlərdən parkinq barədə ŞİKAYƏT25.12.2025 - 18:43
Kral Çarlz Milad müraciətində insanları sosial mediadan uzaqlaşmağa çağırıb25.12.2025 - 17:27
Ankarada Azərbaycanın və Türkiyənin görkəmli şairlərinin xatirəsi anılıb25.12.2025 - 17:18
“Təhsil müəssisələrində zorakılığın qarşısının alınması" mövzusunda valideyn konfransı keçirilib 25.12.2025 - 17:06
Sumqayıt şəhər 37 nömrəli tam orta məktəbdə bilik yarışı keçirilib25.12.2025 - 16:48
“Dövlət sifarişi ilə istehsal ediləcək film layihələri" müsabiqəsinin ikinci mərhələsi başa çatıb25.12.2025 - 16:31
Çinin BYD şirkəti ilin sonunadək Azərbaycanda 300 elektrobus istehsal etməyi planlaşdırır25.12.2025 - 16:14
Sağlamlıq imkanları məhdud uşaqlar üçün maarifləndirmə tədbiri keçirilib25.12.2025 - 15:57
Təyyarə qəzası süni intellektlə anbaan canlandırıldı25.12.2025 - 15:40
Məleykə Abbaszadə: "Yeni ixtisaslar yaranacaq" 25.12.2025 - 15:29
UNEC-də ICRESS-2025 konfransının təşkilində fərqlənən əməkdaş və tələbələr təltif olunub25.12.2025 - 15:16
Nasa Aya ekspedisiya göndərəcək25.12.2025 - 15:01
Gözlənilməz təhlükə: Mavi işıq dərini sürətlə qocaldır25.12.2025 - 14:49
Bəşəriyyətin yadplanetlilərlə qarşılaşacağı təxmini zaman açıqlanıb25.12.2025 - 14:37
Sabah rayonlarda qar yağacaq - 26.12.202525.12.2025 - 14:25
Qrant müsabiqəsinin nəticələri açıqlanıb25.12.2025 - 14:00
Azyaşlı yüksək hərarətdən öldü25.12.2025 - 13:49
Mühəndislik fakültəsinin yeni binası qısa müddətdə inşa ediləcək25.12.2025 - 13:39
Elm və təhsil naziri BMT-nin Rezident Əlaqələndiricisi ilə görüşüb25.12.2025 - 13:28
Sertifikasiyaya düşəcək mövzular açıqlandı25.12.2025 - 13:14
"Əməkdaşlıq Çin və Azərbaycan arasında dostluğun möhkəmlənməsinə xidmət edir"25.12.2025 - 13:00
Tarix Muzeyində Birinci Türkoloji Qurultayın iştirakçılarına aid onlarla şəxsi sənəd və əşya saxlanılır25.12.2025 - 12:45
Şagird və tələbələr arasında statistika üzrə olimpiada keçiriləcək25.12.2025 - 12:30
UNEC tələbələri hakatonlarda ardıcıl qələbələr qazanıblar25.12.2025 - 12:15
52 məzun qızıl və gümüş nişana layiq görülüb25.12.2025 - 12:00
TTKF-nun 4 illik fəaliyyətinə dair hesabat tədbiri keçirilib25.12.2025 - 11:45
Şuşa məktəbinin direktoru vəfat edib25.12.2025 - 11:32