04–05 dekabr 2025-ci il tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) iqtisadiyyat və idarəetmə fakültəsinin təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf və İnnovasiya İqtisadiyyatı” mövzusunda iqtisadiyyat və Sosial Elmlər sahəsi üzrə tədqiqatçıların II Beynəlxalq Elmi Konfransı – ICRESS-2025 uğurla keçirilib.
Universitetdən “Tehsil365”ə verilən məlumata əsasən, konfransın yüksək səviyyədə təşkili və keçirilməsində göstərdikləri səmərəli fəaliyyətə görə UNEC-in bir sıra əməkdaş və tələbələri universitet rektorunun əmrinə əsasən pul mükafatı, Fəxri Fərman və Təşəkkürnamə ilə təltif olunublar.
Təltifetmə mərasimində mükafatlar UNEC-in inzibati və təşkilati məsələlər üzrə prorektoru, dosent Şaiq Əsgərov tərəfindən təqdim edilib.

