“Təhsil müəssisələrində zorakılığın qarşısının alınması" mövzusunda valideyn konfransı keçirilib
“Tehsil365“ xeber verir:
Valideyn konfransı Laçın rayonu üzrə ümumi təhsil müəssisələrinin valideynlərinin iştirakı ilə 21 nömrəli tam orta ümumtəhsil məktəbində baş tutub. Konfransda Laçın rayonu üzrə təhsil sektorunun müdiri Nicat Həsənov, məktəb direktorları, psixoloqlar, metodist müəllimlər və valideynlər iştirak ediblər.
Valideyn konfransında çıxış edənlər təhsil müəssisələrində zorakılığın qarşısının alınmasında ailə–məktəb əməkdaşlığının gücləndirilməsi, psixoloji dəstəyin rolu və profilaktik tədbirlərin vacibliyindən bəhs ediblər.
Konfrans çərçivəsində valideynlərə tövsiyələr verilib, onların sualları cavablandırılıb.
Qeyd edək ki, konfransın əsas məqsədi məktəb və ailə arasında əməkdaşlığı gücləndirməklə uşaqların akademik, sosial və emosional inkişafını dəstəkləmək, eləcə də valideyn iştirakını daha sistemli və davamlı etməkdir.

