Azərbaycan ədəbiyyatı və jurnalistikasının tanınmış simalarından biri, yazıçı-publisist, əməkdar jurnalist Əhməd Məmməd oğlu İsayevin vəfatından 3 il ötür.
"Tehsil365" xəbər verir ki,1940-cı il avqustun 30-da Zaqatala rayonunun Suvagil kəndində anadan olan Əhməd İsayev, 1964-cü ildən Azərbaycan Jurnalistlər İttifaqının, 1992-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuşdur. Onun çoxşaxəli yaradıcılığı və publisistik fəaliyyəti uzun illər Azərbaycan mətbuatına və ədəbi həyatına töhfələr vermişdir.
Əməkdar jurnalist (1987) adına layiq görülən Əhməd İsayev həmçinin "Qızıl qələm" (1974), "Ustad" ali jurnalistika (1995), "Həsən bəy Zərdabi" (1996) və "Araz" (1999) kimi nüfuzlu mükafatların laureatı olmuş, 2003-cü ildən AKTA-nın fəxri doktoru kimi tanınmışdır.
1992-ci ildən "Gəncə və gəncəlilər" Xeyriyyə Cəmiyyətinin sədri kimi də ictimai fəaliyyət göstərən Əhməd İsayev 26 dekabr 2021-ci ildə doğulduğu Zaqatalada dünyasını dəyişib.
Əhməd İsayevin zəngin irsi Azərbaycan ədəbi və jurnalist düşüncəsində özünəməxsus yer tutur. Xatirəsi daim ehtiramla yad ediləcəkdir.

