Bu gün Azərbaycanın igid oğlu, Birinci Qarabağ müharibəsi şəhidi, Milli Qəhrəman Vəzir Orucovun doğum günüdür.
"Tehsil365" xəbər verir ki, O, 26 dekabr 1956-cı ildə Mirbəşir rayonunun (indiki Tərtər) Xoruzlu kəndində anadan olub.
Vəzir Orucov Birinci Qarabağ müharibəsində fədakarlıqla döyüşərək, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlardan biridir. O, 1993-cü il martın 22-də Tərtər rayonunun Qlobus yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Vəzir Orucovun göstərdiyi igidlik və vətənpərvərlik misilsizdir. Onun xidmətləri yüksək qiymətləndirilərək, ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.
Vətən uğrunda şəhid olan Vəzir Orucovun xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Allah rəhmət eləsin!

