1991-ci ilin 26 dekabr tarixində Azərbaycan Respublikasının Xankəndi şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi.
"Tehsil365" xəbər verir ki, Bu hadisə nəticəsində şəhərdə yaşayan sonuncu azərbaycanlı ailələr doğma yurdlarından qovuldu və 1989-cu ildən etibarən aparılan etnik təmizləmə prosesi tamamlandı. Xankəndidə qanunsuz separatçı rejim qurularaq Azərbaycanın konstitusion hüquqları kobud şəkildə pozuldu.
Lakin xalqımız bu ədalətsizliklə heç vaxt barışmadı. İllərlə davam edən siyasi, diplomatik və hərbi səylər nəticəsində 2023-cü il sentyabrın 19-da Azərbaycanın suverenliyi tam bərpa edildi – Xankəndi separatçılardan təmizləndi
Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin və Azərbaycan Ordusunun peşəkarlığının nəticəsi idi.
Tarixə işğal günü kimi düşən 26 dekabr artıq xalqımız üçün həm də əzm, iradə və zəfərin simvoluna çevrilib. Xankəndi yenidən Azərbaycanın ayrılmaz parçası kimi inkişaf yolundadır.

