Zaqatala Çökəkoba kənd tam orta məktəbində I sinifdə Həyat bilgisi fənninin tədrisinə nəzarət məqsədilə dərs müşahidə olunub.
"Tehsil365" xəbər verir ki, Dərs müəllim Kazımova Yeganə tərəfindən müasir təlim metodları əsasında təşkil edilib. “Dinlər” mövzusunun tədrisi zamanı şagirdlərin fəallığı və dərsə marağı xüsusi ilə nəzərə çarpıb.
Yoxlama nəticəsində dərsin məqsədyönlü və interaktiv şəkildə aparıldığı qeyd olunub.

