24 dekabr 2025-ci il tarixində məktəbdə Pedaqoji Şura keçirilmişdir.
"Tehsil365" xəbər verir ki, Məktəbin direktoru kollektivi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik etmişdir.
İclasda 4-cü, 6-cı və 9-cu siniflər üzrə məktəbdaxili və Regional Təhsil İdarəsi tərəfindən onlayn keçirilən sınaq monitorinqlərin nəticələri müzakirə olunmuş, şagird nailiyyətlərinin yüksəldilməsi üçün hədəflər müəyyənləşdirilmişdir. Fənn müəllimlərinə lazımi tədbirlərin görülməsi ilə bağlı tövsiyyələr verilib.
Bundan əlavə, şagirdlərin dərsə davamiyyəti məsələsi də diqqətə alınmış, sinif rəhbərlərinə davamiyyətin yaxşılaşdırılması üçün müvafiq göstərişlər verilmişdir.

