24 dekabr 2025-ci il tarixində Zaqatala Çökəkoba kənd tam orta məktəbində musiqi müəllimi Dinar Bayramova tərəfindən VIII sinif şagirdləri üçün tanınmış Azərbaycan bəstəkarı Fikrət Əmirovun həyat və yaradıcılığı mövzusunda maarifləndirici tədbir təşkil olunmuşdur.
"Tehsil365" xəbər verir ki, Tədbirin əsas məqsədi şagirdlərdə milli musiqi mədəniyyətinə olan marağın artırılması, Fikrət Əmirovun musiqi irsinin gənc nəsil tərəfindən daha yaxşı mənimsənilməsi və Azərbaycan musiqi sənətinin böyük simalarından biri kimi tanınması idi. Musiqi müəllimi Dinar Bayramova çıxışında bəstəkarın həyatı, sənət yolu və onun Azərbaycan musiqisinə verdiyi dəyərli töhfələr barədə ətraflı məlumat vermişdir.
Şagirdlər tədbirə əvvəlcədən hazırladıqları təqdimat vasitəsilə Fikrət Əmirovun ən məşhur əsərləri, onun musiqi üslubu, həmçinin bəstəkarın Azərbaycanın milli musiqi mədəniyyətindəki rolu haqqında məlumatları sinif yoldaşları ilə paylaşmışlar. Təqdimat zamanı əsərlərin video və audio nümunələri göstərilmiş, bəstəkarın yaradıcılığının müxtəlif dövrləri əhatə olunmuşdur.
Tədbir interaktiv şəkildə keçirilib; şagirdlər suallar verərək, mövzu ilə bağlı fikirlərini ifadə etmiş, həmçinin bəstəkarın musiqi əsərlərinin emosional təsiri və onların Azərbaycan xalq musiqisi ilə əlaqələri müzakirə olunmuşdur. Bu cür tədbirlər şagirdlərin musiqi zövqünün formalaşmasına, onların milli irsə bağlılığının güclənməsinə xidmət edir.
Məktəbin rəhbərliyi və müəllim heyəti bu kimi maarifləndirici tədbirlərin məktəbin tədris planında mühüm yer tutduğunu vurğulayır və gələcəkdə də milli mədəniyyətimizin görkəmli nümayəndələrinin həyat və yaradıcılığını əhatə edən layihələrin davam etdiriləcəyini bildirirlər.
Bu tədbir həm də şagirdlərin intellektual inkişafına, kreativ düşüncələrinin inkişafına və milli dəyərlərə hörmət ruhunda tərbiyə olunmasına xidmət edir. Zaqatala Çökəkoba kənd tam orta məktəbi kollektivinin musiqi müəllimi Dinar Bayramovanın təşkilatçılığı ilə keçirilən bu layihə şagirdlərin təhsil prosesinə marağını daha da artırmışdır.

