Təhsil 365 - Logo Mobile

İcma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyət göstərir

10526.12.2025 - 08:07
 İcma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyət göstərir

Astara rayonunun Şahağac kəndində yerləşən R.Mirzəyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində icma əsaslı məktəbəqədər təhsil qrupu uğurla fəaliyyət göstərir.

"Tehsil365" xəbər verir ki, Məktəb rəhbərliyi və pedaqoji kollektivin təşəbbüsü ilə yaradılan bu qrup kənddə məktəbəqədər yaşlı uşaqların erkən inkişafını dəstəkləmək, onların məktəbə hazırlığını təmin etmək məqsədilə fəaliyyət göstərir.

İcma əsaslı məktəbəqədər təhsil qrupu uşaqların sosial, emosional və intellektual inkişafını nəzərə alaraq müasir təhsil metodları ilə tədris həyata keçirir. Burada uşaqların təlimə marağını artırmaq, onların nitq bacarıqlarını, əsas riyazi və məntiqi biliklərini inkişaf etdirmək üçün müxtəlif oyunlar, interaktiv məşğələlər və yaradıcı tapşırıqlar tətbiq olunur. Təhsil qrupunda həmçinin uşaqların fiziki sağlamlığının qorunması və inkişafı üçün idman və fiziki fəaliyyətlər də təşkil edilir.

Məktəb kollektivi və valideynlərin birgə iştirakı ilə icma əsaslı bu təhsil qrupu uşaqların məktəbə asan adaptasiyası üçün mühüm platformadır. Burada uşaqlar həmyaşıdları ilə ünsiyyət qurur, əməkdaşlıq və dostluq münasibətləri formalaşdırır, həmçinin məktəb mühitinə alışırlar.

Məktəb rəhbərliyi bildirir ki, belə qrupların fəaliyyəti uşaqların erkən inkişafının təmin olunması ilə yanaşı, ailələrin də maarifləndirilməsinə, onların uşaqlarının təhsilinə fəal cəlb olunmasına imkan yaradır. Valideynlər bu prosesdə yaxından iştirak edir, uşaqların nailiyyətləri barədə mütəmadi məlumatlandırılır.

İcma əsaslı məktəbəqədər təhsil qrupunun uğurlu fəaliyyəti nəticəsində uşaqların məktəbə hazırlıq səviyyəsi yüksəlir, onlar ibtidai sinfə daha hazır və özünəinamlı daxil olurlar. Bu da ümumilikdə məktəbin təhsil prosesinin keyfiyyətinin artırılmasına və gələcək nəsillərin sağlam təməl üzərində formalaşmasına xidmət edir.

Astara rayon Şahağac kənd R.Mirzəyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi icma əsaslı məktəbəqədər təhsil qrupunun fəaliyyətinin davam etdirilməsi və genişləndirilməsi üçün gələcəkdə əlavə layihələr həyata keçirməyi planlaşdırır. Məktəb kollektivi bu təşəbbüsü yerli icma ilə birlikdə inkişaf etdirməyə böyük əhəmiyyət verir və uşaqların sağlam və bilikli şəxsiyyətlər kimi formalaşmasına dəstək olmağa sadiqdir.

Cümşüdova Gülbadam

Xəbər Lenti

Şagird və tələbələr arasında statistika üzrə olimpiada keçiriləcək26.12.2025 - 19:56
BMU-da Həmrəylik Günü və Yeni il bayramı qeyd olunub26.12.2025 - 19:45
Azərbaycan alimi Ankarada keçirilən beynəlxalq simpoziumda məruzə edib26.12.2025 - 19:30
Bu il Bakıda 52 məzun qızıl və gümüş nişana layiq görülüb26.12.2025 - 19:15
Əziz Ələkbərli: ''Qərbi Azərbaycan folkloru milli kimliyimizin və tarixi həqiqətlərimizin təminatıdır''26.12.2025 - 19:00
“Nadir fauna növləri” adlı yeni nəsil sikkə və xalça kolleksiyaları təqdim edilib26.12.2025 - 18:44
ADU-da Həmrəylik Günü və Yeni il münasibəti ilə bayram tədbiri keçirilib26.12.2025 - 18:35
“Cəmiyyət və Sosial İnteqrasiya” layihəsi çərçivəsində dəyirmi masa müzakirəsi keçirildi – FOTOLAR26.12.2025 - 18:20
İkinci APFM AWARDS: Maliyyə və mühasibatlıq sahəsinin peşəkarları mükafatlandırılıb26.12.2025 - 18:11
Bakı Kitab Mərkəzində ədəbi-musiqili gecə keçirilib26.12.2025 - 17:53
Leyla Əliyeva “ANİMAFİLM Studio”nun qonağı olub26.12.2025 - 17:38
Köhnəlmiş məhdudiyyətlər və yeni regional reallıqlar26.12.2025 - 17:19
Leyla Əliyeva və Alena Əliyeva Uşaq İncəsənət Festivalının yekun mükafatlandırma mərasimində iştirak ediblər26.12.2025 - 16:57
Xarici İşlər Nazirliyində cari ilin yekunlarına həsr olunan mətbuat konfransı keçirilib26.12.2025 - 16:39
Bolnisidə Zəlimxan Yaquba həsr olunmuş şeir müsabiqəsi keçirilib26.12.2025 - 16:20
ADNSU-nun 32 tələbəsi “Holberton School Azerbaijan” təqaüd proqramının qalibi olub26.12.2025 - 15:59
Fudan Universitetinin nümayəndə heyəti BDU-da26.12.2025 - 15:48
BDU-da ‘Gələcəyin müəllimləri’ təqaüd proqramı üzrə infosessiya keçirilib26.12.2025 - 15:39
UNEC-in Analitik Bülleteni təqdim olunub26.12.2025 - 15:28
AzMİU-da 50 illik yubileyə həsr olunmuş elmi seminar keçirilib26.12.2025 - 15:14
Uşaqlarda infeksion xəstəliklər barədə geniş müzakirələr aparılıb26.12.2025 - 15:00
ADPU-nun nümayəndələri Konstitusiya Məhkəməsində olublar - Foto 26.12.2025 - 14:46
ADPU-da Heydər Əliyevin ideyaları müzakirə olundu - Foto 26.12.2025 - 14:30
ADU-da “Hindistan mədəniyyəti və incəsənəti” mövzusunda tədbir keçirilib26.12.2025 - 14:14
ADU-da “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib - Foto 26.12.2025 - 14:00
Azərbaycanda insan alveri qurbanlarının sayı iki dəfə azalıb26.12.2025 - 13:48
Elm və təhsil nazirinin yanvar ayı üçün qəbul günü açıqlanıb26.12.2025 - 13:39
İlham Əliyev Qarabağ Universitetindən danışarkən duyğulandı26.12.2025 - 13:27
Bakı metrosunda bayram günlərində iş saatı uzadılacaq26.12.2025 - 13:16
Dünyanın dörd bir yanından rəngarəng Milad - Fotolar26.12.2025 - 12:59
Sabah qar yağacaq, yollar buz bağlayacaq26.12.2025 - 12:43
Bakı məktəblərində müəllimlərin orta maaşı açıqlanıb26.12.2025 - 12:29
Artıq süni intellektin “ruh halını” müəyyən edə biləcək26.12.2025 - 12:14
“BDU könüllüləri” təşkilatının fəal üzvləri təltif olunublar26.12.2025 - 12:00
BDU-nun iki tələbəsi “MEDİA Savadlılığı” Həftəsi çərçivəsində mükafatlandırılıb26.12.2025 - 11:50
"Təhsil sistemində aldadılmamaq üçün düzgün yoxlama vacibdir"26.12.2025 - 11:35
"Bu ixtisas üzrə peşə tanınması imtahanında müvəffəqiyyət göstəricisi cəmi 44 faiz təşkil edib"26.12.2025 - 11:15
"834 xarici kvalifikasiyanın ölkə ərazisində tanınması barədə mənfi rəy verilib"26.12.2025 - 11:00
"Qeyri-formal təhsil üzrə 31 peşə ixtisası qiymətləndirilib"26.12.2025 - 10:45
TKTA il ərzində bir sıra beynəlxalq tədbirlərdə təmsil olunub26.12.2025 - 10:30
Cari ildə 11 ali təhsil müəssisəsi akkreditasiyadan keçib26.12.2025 - 10:15
TKTA tərəfindən 368 müraciət üzrə peşə sənədi verildi26.12.2025 - 10:00
Ukraynalı qaçqın Böyük Britaniyanın altıncı sinif kollecini tərk etdi26.12.2025 - 09:46
İbtidai sinif müəllimliyi üzrə imtahanda uğursuz nəticələr göstərilib26.12.2025 - 09:30
6033 xarici kvalifikasiyadan 4333-ü tanındı, 834-ü rədd edildi26.12.2025 - 09:15
“Angel and Devil” əsərinin müəllifi ilə reportaj26.12.2025 - 08:59
BSU-nun rektoru Astara rayonunda " Yeni dövrün Azərbaycanı " mövzusunda məktəblilərlə görüş keçirib 26.12.2025 - 08:35
Nyu-York məktəb şurası taxta “fasiləsiz” qutu iddialarını araşdırır26.12.2025 - 08:33