Təhsil 365 - Logo Mobile

TKTA tərəfindən 368 müraciət üzrə peşə sənədi verildi

11726.12.2025 - 10:00
TKTA tərəfindən 368 müraciət üzrə peşə sənədi verildi

Cari il ərzində Qeyri-formal və informal təhsilin tanınması (QFİTT) sahəsində müxtəlif peşə ixtisasları üzrə Agentliyə ümumilikdə 368 müraciət daxil olub.

“Tehsil365” xəbər verir ki, bu sözləri Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov, media nümayəndələri üçün ilin yekunlarına dair hesabat görüşündə çıxışı zamanı qeyd edib.

Tural Əhmədov bildirib ki, müraciət edən vətəndaşlardan 327 nəfəri nəzəri və praktiki imtahanlara cəlb olunub. Onlardan 207 nəfəri uğurlu nəticə göstərərək müvafiq peşə sənədi əldə edib.

"QFİTT üzrə qiymətləndirmə və tanınma aşağıda qeyd olunan müxtəlif qurumlarla birgə əməkdaşlıq və layihələr çərçivəsində, həmçinin TKTA-nın maliyyə və şəxsi vəsaitləri hesabına həyata keçirilib: “bp Azərbaycan” şirkətinin maliyyə dəstəyi ilə “Sənətin varsa, sənədin olacaq!” layihəsi çərçivəsində 95 nəfər nəzəri imtahanlara cəlb edilib. Onlardan 76 nəfəri uğurlu nəticə əldə edərək müvafiq peşə sənədinə sahib olub.“Azerbaijan International Mining Company” MMC ilə əməkdaşlıq çərçivəsində 16 nəfər keçirilən imtahanlarda məqbul nəticə göstərib və onlara müvafiq peşə sənədi təqdim edilib. “AzərGold” QSC-nin maliyyə dəstəyi ilə “Şəhid və müharibədə yaralananların ailə üzvlərinin iqtisadi inkişafına dəstək” layihəsi çərçivəsində 14 nəfər müvafiq imtahanlarda iştirak edib. İmtahanlarda uğurlu olduqları üçün onlar da müvafiq peşə sənədi ilə təltif edilib".

TKTA-nın maliyyə vəsaiti hesabına imtahanlara cəlb edilən 21 nəfərdən 6-sı müvafiq peşə sənədi əldə edib:

"“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2024-2026-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair Tədbirlər Planı” çərçivəsində 141 nəfərin bilik və bacarıqları qiymətləndirilib. İmtahanlarda iştirak edən 66 nəfər uğur qazanaraq müvafiq peşə sənədi əldə edib. Şəxsi vəsait hesabına müraciət edən 41 nəfərdən 30-u uğur qazanaraq müvafiq peşə sənədi əldə edib".

Tural Əhmədov əlavə edib ki, cari ildə QFİTT üzrə “Təmirçi-çilingər”, “Qrafik dizayner”, “Arıçı”, “Kombi və kondisioner ustası”, “Mebel ustası” peşə ixtisasları əlavə olunmaqla qiymətləndirilməsi və tanınması həyata keçirilən peşə ixtisaslarının sayı 26-dan 31-ə çatdırılıb.

Ümumilikdə, qeyd edilən müddət ərzində qeyri-formal və informal təhsilin tanınması üzrə həyata keçirilən qiymətləndirmələr nəticəsində çoxsaylı vətəndaşlarımızın öz peşəkarlığını təsdiq edən müvafiq sənəd əldə etməsi, onların əmək bazarına çıxış imkanlarını genişləndirməklə yanaşı, ölkədə peşəkar işçi qüvvəsinin formalaşmasına mühüm töhfə verməkdədir.

Nərgiz Süleymanova

Xəbər Lenti

“Birincilərin birincisi” MIT-ə qəbul oldu04.04.2026 - 10:00
“Təhsildə aparılan islahatların nəticələri yaxın illərdə daha aydın görünəcək” – Elçin Əfəndi04.04.2026 - 09:55
ADU-da Orhun mübadilə proqramı çərçivəsində görüş keçirilib04.04.2026 - 09:45
BDU-da Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş tədbir keçirilib 04.04.2026 - 09:35
Çindən "rəqəmsal insan" etiketi təklifi04.04.2026 - 09:28
Tələbələr Zəfər Muzeyini ziyarət ediblər04.04.2026 - 09:20
Yemək yeyəndə edilən bu səhv ürəyi məhv edir04.04.2026 - 09:10
Gürcüstan Texniki Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb04.04.2026 - 09:00
Almaniya təhsildə beynəlxalq liderliyini gücləndirir04.04.2026 - 08:47
“ChatGPT” insanları “şikəst” edir - Necə?04.04.2026 - 08:34
NASA Yerin "Orion" gəmisindən çəkilmiş ilk şəkillərini yayımladı04.04.2026 - 08:21
Virusların yayılması artır - Həkim xəbərdarlıq etdi04.04.2026 - 08:12
ADU-da “Dilimizi qoruyaq” adlı elmi seminar keçirilib04.04.2026 - 08:00
ADU-da Vilayət Hacıyevin xatirəsinə həsr olunmuş dəyirmi masa keçirilib04.04.2026 - 07:45
MDU-ya yeni mətbuat katibi təyin olunub04.04.2026 - 07:33
Azərbaycanda zəlzələ olub04.04.2026 - 07:22
Bu günün hava proqnozu 04.04.2026 - 07:11
Vaşinqton Universitetində professor İran müharibəsi tənqidinə görə vəzifəsindən azad edildi04.04.2026 - 07:00
Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin qurulmasının ildönümü qeyd olunur04.04.2026 - 06:36
Milli Qəhrəman Rəfael Həbibovun xatirəsi ehtiramla yad olunur04.04.2026 - 06:18
Futbolçu Füzuli Cavadovun xatirəsi yad edilir04.04.2026 - 06:00
Milli Qəhrəman Samid İmanovun şücaəti ehtiramla anılır04.04.2026 - 05:42
Xalq şairi Qabil İmamverdiyevin ədəbi irsi unudulmur04.04.2026 - 05:18
Şəhid Mais Əsədovun xatirəsi ehtiramla yad edilir04.04.2026 - 05:06
Professor Aslan bəy Vəzirzadənin elmi irsi xatırlanır04.04.2026 - 04:54
Əməkdar artist Ruhəngiz Musəvinin yaradıcılığı diqqət mərkəzində04.04.2026 - 04:36
Xalq artisti Muxtar Maniyevin sənət yolu yad edilir04.04.2026 - 04:18
Teatrşünas alim İnqilab Kərimovun xatirəsi yad edilir04.04.2026 - 04:00
15 yaşdan kiçiklər sosial mediadan istifadə edə bilməyəcək03.04.2026 - 19:58
Uşaq geyimlərində təhlükəli səviyyədə qurğuşun aşkar edilib03.04.2026 - 19:56
Ölkədə şəraitsiz məktəblərin sayı 400-ə enib03.04.2026 - 19:54
Nazir müavini: Peşə təhsili alan qadınların sayı 10 mini keçib03.04.2026 - 19:52
Azərbaycanda 41 min tələbə peşə təhsili alır03.04.2026 - 19:48
Azərbaycan Universitetində Aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilib03.04.2026 - 19:44
Günəşdə partlayış baş verib03.04.2026 - 19:38
Ermənistanda uşaqlar üçün sosial şəbəkələr məhdudlaşdırıla bilər03.04.2026 - 19:32
Qarabağ Universiteti üçün STRATEJİ ÇAĞIRIŞ03.04.2026 - 19:28
Azyaşlılar üçün ingilis dili imtahanlarına qeydiyyat açılır03.04.2026 - 19:24
Bu şəxslərin təhsil haqqını dövlət qarşılayacaq03.04.2026 - 19:20
Məktəblər şagirdləri həyata hazırlayır, yoxsa sadəcə imtahanlara? – Təhsil eksperti açıqladı03.04.2026 - 19:15
Müasir təhsil sistemi “öyrətmək” üçündür, yoxsa “düşündürmək”? – Təhsil eksperti açıqladı03.04.2026 - 19:12
Onlayn tibbi məsləhətlərə nə qədər güvənmək olar? – Tibb ekspertindən açıqlama03.04.2026 - 19:08
Müasir gənclərin kitab oxuma marağı necə dəyişir? – Yazardan açıqlama03.04.2026 - 19:02
LDU-da əmək bazarının nümayəndələri ilə görüş keçirilib03.04.2026 - 18:56
Peşə təhsili üzrə 64 proqram hazırlanıb03.04.2026 - 18:55
Azərbaycan Dilinin Orfoqrafiya və Orfoepiya lüğətləri tezliklə nəşr olunacaq03.04.2026 - 18:54
İki olimpiadanın nəticələri AÇIQLANDI03.04.2026 - 18:48
Firudin Qurbanov Bərdə və Ağdam rayonlarında olub03.04.2026 - 18:44