“Universitetlərdə tələbə yataqxanaları şəraiti çox zəifdir, əslində Azərbaycanda fəaliyyət göstərən istər dövlət istərsə də özəl Ali təhsil müəssələri olsun yataqxana şəraitinin olması mütləqdir”.
Bu sözləri “Tehsil365”ə açıqlamasında Təhsil eksperti Ramin Nurəliyev bildirib.
Ekspert qeyd edib ki, “Əgər universitet nüfuz istəyirsə, xarici tələbələrin axınını istəyirsə mütləq ilk olaraq yataqxana şəraitinə diqqət yetirməlidir. Regionlarda da olmasına baxmayaraq vəziyyət qənaətbəxş deyil, bildiyim qədəri ilə Lənkəranda ümumiyyətlə yoxdur, Gəncədə var ama tam ehtiyacları ödəmir. Həmçinin paytaxt Bakıda da yataqxanalar var ama sanitar vəziyyət çox pis gündədir”
Hemçinin ekspert vurğulayıb ki, “buna görə də istər rayonlardan gələn tələbələr istər xaricdən gələn tələbələr artıq yataqxanada qalmaq istəmirlər. İstəməmələrinin səbəbi isə, yataqxanaların müasir standartlara uyğun olmamamsıdır. Buda tələbələrin daha çox kirayə evlərə üz tutmasına səbəb olur və nəticədə kiraye evlər də bahalaşır”
Bildirilib ki, “Ümumiyyətlə kampuslar yaradılsa daha yaxşı olar. Biz Türkiyə təhsilinə baxsaq, orada yaradılan kampuslarda tibbi klinikalar, yataqxanalar hamsı kampusun içərsindədir. Amma bizdə bəzi universitetləri çıxmaq şərti ilə, bölünür və bir neçə binadan ibarətdir. Xüsusilə də mən burdan özəl universitetlərə səslənmək istəyirəm hansı ki bunlar müəyyən ödənişlər əsasında fəaliyyət göstərənlərdir bunlarda yataqxana şəraiti olmalıdır”.
Sonda bildirilib ki, “Ali təhsil məssəsələrinə yataqxanalar mütləq lazımdır, buna diqqət yetirilməli və hər şəraitlə təmin olunacaq tədbirlər görülməlidir”.

