"Həm işəgötürənlər, həm də vətəndaşlar daha ayıq olmalıdırlar".
“Tehsil365” xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov media nümayəndələri üçün ilin yekunlarına dair hesabat görüşündə qeyd edib.
T.Əhmədov bildirib ki, ali təhsil seçimi ciddi bir qərardır. Əgər şəxs ali təhsil almağı seçirsə, sənədlərin arxasınca deyil, bilik, səriştə və bacarığın arxasınca getməlidir.
"Bu istiqamətdə işəgötürənlərə də qiymətləndirmə funksiyası təqdim olunur ki, sənədlərin yoxlanması müvafiq sistemlər üzərindən həyata keçirilsin. Xüsusilə də, hökumətin rəqəmsallaşması fonunda, "myGov" portalında diplomların təsbit olunmaması ilə bağlı bizə müraciətlərin sayı artıb. Bu, vətəndaşın öz diplomunun orada görünməməsi ilə bağlı şübhələrini ortaya qoyur. Nəticədə, çox vaxt həmin şəxslərin aldadıldığı məlum olur. Bu məsələyə diqqətlə yanaşılmalıdır, çünki insanın vaxtı, həyatı və resursları itirilməsi mümkündür. Biz müvafiq qurumlara müraciət edirik və diqqətli olmaq vacibdir."

