Dekabrın 26-da Azərbaycan Dillər Universitetində (ADU) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə bayram tədbiri keçirilib.
“Tehsil365“ bu barede xəbər verir:
ADU-nun rektoru akademik, Xalq yazıçısı Kamal Abdulla bayram münasibəti ilə tələbələri və kollektivi təbrik edib, möhkəm cansağlığı, uğurlar arzulayıb.
Qeyd olunub ki, ADU ötən il ərzində elm və təhsil istiqamətində bir sıra nailiyyətlər əldə edib. Bu nailiyyətlər universitetin beynəlxalq əlaqələrində və nüfuzunun yüksəlməsində özünü göstərib.
Tədbir bədii hissə ilə davam edib.
Universitetin tələbələri Yeni illə bağlı çıxışlar ediblər. Şeir və musiqilər səsləndirilib, rəqslər nümayiş etdirilib.

