Təhsil 365 - Logo Mobile

“Nadir fauna növləri” adlı yeni nəsil sikkə və xalça kolleksiyaları təqdim edilib

7226.12.2025 - 18:44
“Nadir fauna növləri” adlı yeni nəsil sikkə və xalça kolleksiyaları təqdim edilib

"AzerGold” QSC və “Azərxalça” ASC-nin birgə təşkilatçılığı ilə nəsli kəsilmək təhlükəsi altında olan fauna növlərinə həsr edilmiş “Nadir fauna növləri” adlı yeni nəsil gümüş sikkələrin və ipək və yundan 3D texnologiyası ilə toxunmuş xalçaların təqdimat mərasimi keçirilib.

Tehsil365“ “AZƏRTAC”a istinadla xəbər verir ki, “Nadir incilər – ipəklə gümüşün harmoniyası” adlı tədbirdə dövlət və hökumət nümayəndələri, millət vəkilləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, mədəniyyət və ictimai xadimlər, qeyri-hökumət təşkilatları və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov ölkəmizdə biomüxtəlifliyin qorunması istiqamətində həyata keçirilən dövlət siyasətindən danışaraq vəhşi təbiətin mühafizəsinin dövlət siyasəti səviyyəsində prioritet istiqamətlərdən olduğunu qeyd edib.

Sədr bu kontekstdə IDEA İctimai Birliyinin fəaliyyətini xüsusilə qeyd edərək, təşkilatın həyata keçirdiyi layihələrin nəsli kəsilmək təhlükəsi altında olan fauna növlərinə yeni həyat, təbiətə isə ümid qazandırdığını diqqətə çatdırıb.

Z.İbrahimov bu təşəbbüslərin uğurla reallaşmasında IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın əvəzsiz rolu olduğu bildirilib və yeni layihənin icra edilməsində əsas ilham mənbəyinin məhz bu fəaliyyət olduğunu vurğulayıb.

Sədr dövlət şirkəti tərəfindən təkcə yataqların istismarı prosesində deyil, bütün istiqamətlər üzrə ekoloji tələblərin ən vacib prioritet kimi nəzərə alındığını, eyni zamanda həyata keçirilən sosial layihələr arasında da bioloji müxtəlifliyin qorunmasın vacib yer tutduğunu qeyd edib. Yeni sikkə-xalça kolleksiyasının da nadir fauna növlərinin qorunmasının təbliği və biomüxtəlifliyin əhəmiyyətinə diqqətin cəlb edilməsi məqsədi daşıdığı bildirilib.

Tədbirdə çıxış edən “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri, Əməkdar İncəsənət xadimi Emin Məmmədov bildirib ki, yun və ipəkdən 3D texnologiyası ilə toxunmuş xalçalar “AzerGold” QSC və “Azərxalça” ASC-nin vəhşi təbiətin qorunmasına yönəlmiş ortaq mesajını estetik və bədii formada ifadə edir. Xüsusi qeyd olunub ki, hər iki qurumun birgə fəaliyyəti Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyi ilə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 15 illiyinə həsr olunub. Sədr “Azərxalça” ASC-nin əsas məqsədinin xalçaçılıq ənənəsinin qorunub saxlanması və bu sənətin daha da inkişaf etdirilməsindən ibarət olduğunu söyləyib. Emin Məmmədov sərgidə nümayiş olunan müxtəlif Qarabağ xalçalarının qısa tarixindən də söz açaraq “Azərxalça” ASC-nin gələcək planları barədə tədbir iştirakçılarına xəbər verib.

Kolleksiyaya daxil edilən hər 3 nadir fauna növü - ceyran, bəbir və bezoar keçisi Azərbaycan Respublikasının “Qırmızı Kitab”ı, o cümlədən Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahı”sının nəsli kəsilmək təhlükəsi olan canlılar kateqoriyasına daxil edilib. Yeni nəsil gümüş sikkələr numizmatika sahəsində ən müasir istehsal həlli hesab edilən “Smartminting” texnologiyasının tətbiqi ilə 2 unsiya çəkidə, yüksək keyfiyyətli gümüşdən, 3D formatında ərsəyə gətirilib.

Tədbirdə hər iki milli brendin eyni mövzuda ərsəyə gətirdiyi məhsullara və onların istehsalına dair videoçarxlar nümayiş olunub. Sonda tədbir iştirakçıları yeni kolleksiya nümunələri, eləcə də digər sikkə və külçə çeşidləri, eyni zamanda müxtəlif növ xalçalarla tanış olublar.

Alsu İsmayılova

Xəbər Lenti

Şagird və tələbələr arasında statistika üzrə olimpiada keçiriləcək26.12.2025 - 19:56
BMU-da Həmrəylik Günü və Yeni il bayramı qeyd olunub26.12.2025 - 19:45
Azərbaycan alimi Ankarada keçirilən beynəlxalq simpoziumda məruzə edib26.12.2025 - 19:30
Bu il Bakıda 52 məzun qızıl və gümüş nişana layiq görülüb26.12.2025 - 19:15
Əziz Ələkbərli: ''Qərbi Azərbaycan folkloru milli kimliyimizin və tarixi həqiqətlərimizin təminatıdır''26.12.2025 - 19:00
ADU-da Həmrəylik Günü və Yeni il münasibəti ilə bayram tədbiri keçirilib26.12.2025 - 18:35
“Cəmiyyət və Sosial İnteqrasiya” layihəsi çərçivəsində dəyirmi masa müzakirəsi keçirildi – FOTOLAR26.12.2025 - 18:20
İkinci APFM AWARDS: Maliyyə və mühasibatlıq sahəsinin peşəkarları mükafatlandırılıb26.12.2025 - 18:11
Bakı Kitab Mərkəzində ədəbi-musiqili gecə keçirilib26.12.2025 - 17:53
Leyla Əliyeva “ANİMAFİLM Studio”nun qonağı olub26.12.2025 - 17:38
Köhnəlmiş məhdudiyyətlər və yeni regional reallıqlar26.12.2025 - 17:19
Leyla Əliyeva və Alena Əliyeva Uşaq İncəsənət Festivalının yekun mükafatlandırma mərasimində iştirak ediblər26.12.2025 - 16:57
Xarici İşlər Nazirliyində cari ilin yekunlarına həsr olunan mətbuat konfransı keçirilib26.12.2025 - 16:39
Bolnisidə Zəlimxan Yaquba həsr olunmuş şeir müsabiqəsi keçirilib26.12.2025 - 16:20
ADNSU-nun 32 tələbəsi “Holberton School Azerbaijan” təqaüd proqramının qalibi olub26.12.2025 - 15:59
Fudan Universitetinin nümayəndə heyəti BDU-da26.12.2025 - 15:48
BDU-da ‘Gələcəyin müəllimləri’ təqaüd proqramı üzrə infosessiya keçirilib26.12.2025 - 15:39
UNEC-in Analitik Bülleteni təqdim olunub26.12.2025 - 15:28
AzMİU-da 50 illik yubileyə həsr olunmuş elmi seminar keçirilib26.12.2025 - 15:14
Uşaqlarda infeksion xəstəliklər barədə geniş müzakirələr aparılıb26.12.2025 - 15:00
ADPU-nun nümayəndələri Konstitusiya Məhkəməsində olublar - Foto 26.12.2025 - 14:46
ADPU-da Heydər Əliyevin ideyaları müzakirə olundu - Foto 26.12.2025 - 14:30
ADU-da “Hindistan mədəniyyəti və incəsənəti” mövzusunda tədbir keçirilib26.12.2025 - 14:14
ADU-da “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib - Foto 26.12.2025 - 14:00
Azərbaycanda insan alveri qurbanlarının sayı iki dəfə azalıb26.12.2025 - 13:48
Elm və təhsil nazirinin yanvar ayı üçün qəbul günü açıqlanıb26.12.2025 - 13:39
İlham Əliyev Qarabağ Universitetindən danışarkən duyğulandı26.12.2025 - 13:27
Bakı metrosunda bayram günlərində iş saatı uzadılacaq26.12.2025 - 13:16
Dünyanın dörd bir yanından rəngarəng Milad - Fotolar26.12.2025 - 12:59
Sabah qar yağacaq, yollar buz bağlayacaq26.12.2025 - 12:43
Bakı məktəblərində müəllimlərin orta maaşı açıqlanıb26.12.2025 - 12:29
Artıq süni intellektin “ruh halını” müəyyən edə biləcək26.12.2025 - 12:14
“BDU könüllüləri” təşkilatının fəal üzvləri təltif olunublar26.12.2025 - 12:00
BDU-nun iki tələbəsi “MEDİA Savadlılığı” Həftəsi çərçivəsində mükafatlandırılıb26.12.2025 - 11:50
"Təhsil sistemində aldadılmamaq üçün düzgün yoxlama vacibdir"26.12.2025 - 11:35
"Bu ixtisas üzrə peşə tanınması imtahanında müvəffəqiyyət göstəricisi cəmi 44 faiz təşkil edib"26.12.2025 - 11:15
"834 xarici kvalifikasiyanın ölkə ərazisində tanınması barədə mənfi rəy verilib"26.12.2025 - 11:00
"Qeyri-formal təhsil üzrə 31 peşə ixtisası qiymətləndirilib"26.12.2025 - 10:45
TKTA il ərzində bir sıra beynəlxalq tədbirlərdə təmsil olunub26.12.2025 - 10:30
Cari ildə 11 ali təhsil müəssisəsi akkreditasiyadan keçib26.12.2025 - 10:15
TKTA tərəfindən 368 müraciət üzrə peşə sənədi verildi26.12.2025 - 10:00
Ukraynalı qaçqın Böyük Britaniyanın altıncı sinif kollecini tərk etdi26.12.2025 - 09:46
İbtidai sinif müəllimliyi üzrə imtahanda uğursuz nəticələr göstərilib26.12.2025 - 09:30
6033 xarici kvalifikasiyadan 4333-ü tanındı, 834-ü rədd edildi26.12.2025 - 09:15
“Angel and Devil” əsərinin müəllifi ilə reportaj26.12.2025 - 08:59
BSU-nun rektoru Astara rayonunda " Yeni dövrün Azərbaycanı " mövzusunda məktəblilərlə görüş keçirib 26.12.2025 - 08:35
Nyu-York məktəb şurası taxta “fasiləsiz” qutu iddialarını araşdırır26.12.2025 - 08:33