Təhsil 365 - Logo Mobile

Əziz Ələkbərli: ''Qərbi Azərbaycan folkloru milli kimliyimizin və tarixi həqiqətlərimizin təminatıdır''

10526.12.2025 - 19:00
Əziz Ələkbərli: ''Qərbi Azərbaycan folkloru milli kimliyimizin və tarixi həqiqətlərimizin təminatıdır''

Dekabrın 26-da Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan folkloru: problemlər və perspektivlər” mövzusunda II Respublika elmi-praktik konfransı öz işinə başlayıb.

‘‘Tehsil365’’ bildirir ki, konfransın açılış məraismində çıxış edən Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, AMEA Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərli bu cür elmi tədbirlərin Azərbaycan mədəni irsinin qorunması və inkişafında mühüm rol oynadığını qeyd edib.

Əziz Ələkbərli çıxışı zamanı üç il əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasında etdiyi çıxışı xatırladıb. Həmin çıxışda Qarabağ müharibəsindən sonrakı dövr üçün dövlətin və xalqın strateji hədəflərinin müəyyənləşdirildiyini, tarixi torpaqlara qayıdış və bu istiqamətdə atılacaq addımların yol xəritəsinin formalaşdırıldığını vurğulayıb: "Görəcəyimiz bütün işlərin istiqaməti artıq müəyyən edilib və ən önəmlisi Qərbi Azərbaycan həqiqətlərinin ortaya qoyulmasıdır”.

O, Qərbi Azərbaycan ərazilərində minilliklər boyu əcdadlarımızın yaşadığını və bu torpaqların folklorunun milli kimliyimizin ayrılmaz hissəsi olduğunu diqqətə çatdırıb:"Hər bir xalq yaşadığı ərazi ilə bağlı zəngin folklor nümunələri yaradır və bu mətnlər həmin ərazilərdə tarixən kimlərin yaşadığını təsdiqləyir”.

Əziz Ələkbərli son iki yüz il ərzində bu ərazilərə köçürülmüş ermənilərin folklor irsinin zəif olduğunu, çünki bu ərazilərin onların tarixi vətəni olmadığını bildirib. O, Azərbaycanda folklor tədqiqatlarının irəliləyişlərini qeyd edərək, əvvəllər səkkizcildlik folklor antologiyasını və içərisində Həsən Mirzəyevin tərtibatında çap olunmuş Dərələyəz folkloru cildini xüsusi vurğulayıb.

Deputata folklorun həm ümummilli, həm də regional xüsusiyyətlərinin öyrənilməsinin vacibliyini qeyd edib və bu sahədə elmi tədqiqatların davam etdiyini bildirib. Hazırda 100-dən çox məruzənin təqdim olunacağı konfransın Qərbi Azərbaycan folkloru mövzusunda keçirilən ikinci böyük elmi tədbir olduğunu və bu sahəyə layiqli töhfə verəcəyinə şübhə etmədiyini bildirib.

Sonda Əziz Ələkbərli konfrans iştirakçılarına uğurlar arzulayaraq, tədbirin gələcəkdə yeni elmi yanaşmaların formalaşmasına və Qərbi Azərbaycan folklorunun daha dərindən tədqiqinə imkan yaradacağına ümid etdiyini bildirib.

Səma Qarayeva

Xəbər Lenti

“Yaradanlar - 2” filmi beynəlxalq festivalda nümayiş olunacaq27.12.2025 - 07:54
Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş poeziya dəqiqələri keçirilib27.12.2025 - 07:41
"Mən bacarıram" adlı motivasiya tədbiri keçirildi27.12.2025 - 07:28
Tasmalı kənd məktəbində IV və XI siniflər üzrə monitorinq keçirilib27.12.2025 - 07:15
Qax rayon Tasmalı kənd məktəbində fənn birləşməsi üzrə açıq dərslər keçirilib27.12.2025 - 07:02
Qax rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbində idman yarışları keçirilib27.12.2025 - 06:49
Zaqatala Çökəkoba kənd tam orta məktəbində III sinifdə Həyat bilgisi fənnindən monitorinq keçirilib27.12.2025 - 06:36
Zaqatala Çökəkoba kənd tam orta məktəbində fərqlənən şagirdlərə “yaşıl kart” təqdim olunub27.12.2025 - 06:23
1945-ci il — Dünya Bankının əsası qoyuldu27.12.2025 - 06:10
1968-ci il, 27 dekabr — “Apollon 8” ekipajı Yerə qayıtdı27.12.2025 - 05:57
Tarixdə bu gün: E.ə. 66-cı ildə Kür döyüşü baş verdi27.12.2025 - 05:44
27 dekabr 2008 — Bakıda Beynəlxalq Muğam Mərkəzinin açılışı baş tutdu27.12.2025 - 05:31
27 dekabr 1991 — Daha üç ölkə Azərbaycanın müstəqilliyini tanıdı27.12.2025 - 05:18
27 dekabr 1962 — Milli Azadlıq Qərargahı təsis edilib27.12.2025 - 05:05
Görkəmli ədəbiyyatşünas və alim Məmməd Arif Dadaşzadənin xatirəsi anılır27.12.2025 - 04:52
Azərbaycan teatr və kino sənətinin unudulmaz siması: Səfurə İbrahimovanın xatirəsi anılır27.12.2025 - 04:39
Oqtay Kazımovun anadan olmasının ildönümüdür27.12.2025 - 04:26
Zeynəb Kazımovanın anadan olmasının ildönümüdür27.12.2025 - 04:13
Yuzef Çarski-Tanxelsonun doğum günüdür27.12.2025 - 04:00
Şagird və tələbələr arasında statistika üzrə olimpiada keçiriləcək26.12.2025 - 19:56
BMU-da Həmrəylik Günü və Yeni il bayramı qeyd olunub26.12.2025 - 19:45
Azərbaycan alimi Ankarada keçirilən beynəlxalq simpoziumda məruzə edib26.12.2025 - 19:30
Bu il Bakıda 52 məzun qızıl və gümüş nişana layiq görülüb26.12.2025 - 19:15
“Nadir fauna növləri” adlı yeni nəsil sikkə və xalça kolleksiyaları təqdim edilib26.12.2025 - 18:44
ADU-da Həmrəylik Günü və Yeni il münasibəti ilə bayram tədbiri keçirilib26.12.2025 - 18:35
“Cəmiyyət və Sosial İnteqrasiya” layihəsi çərçivəsində dəyirmi masa müzakirəsi keçirildi – FOTOLAR26.12.2025 - 18:20
İkinci APFM AWARDS: Maliyyə və mühasibatlıq sahəsinin peşəkarları mükafatlandırılıb26.12.2025 - 18:11
Bakı Kitab Mərkəzində ədəbi-musiqili gecə keçirilib26.12.2025 - 17:53
Leyla Əliyeva “ANİMAFİLM Studio”nun qonağı olub26.12.2025 - 17:38
Köhnəlmiş məhdudiyyətlər və yeni regional reallıqlar26.12.2025 - 17:19
Leyla Əliyeva və Alena Əliyeva Uşaq İncəsənət Festivalının yekun mükafatlandırma mərasimində iştirak ediblər26.12.2025 - 16:57
Xarici İşlər Nazirliyində cari ilin yekunlarına həsr olunan mətbuat konfransı keçirilib26.12.2025 - 16:39
Bolnisidə Zəlimxan Yaquba həsr olunmuş şeir müsabiqəsi keçirilib26.12.2025 - 16:20
ADNSU-nun 32 tələbəsi “Holberton School Azerbaijan” təqaüd proqramının qalibi olub26.12.2025 - 15:59
Fudan Universitetinin nümayəndə heyəti BDU-da26.12.2025 - 15:48
BDU-da ‘Gələcəyin müəllimləri’ təqaüd proqramı üzrə infosessiya keçirilib26.12.2025 - 15:39
UNEC-in Analitik Bülleteni təqdim olunub26.12.2025 - 15:28
AzMİU-da 50 illik yubileyə həsr olunmuş elmi seminar keçirilib26.12.2025 - 15:14
Uşaqlarda infeksion xəstəliklər barədə geniş müzakirələr aparılıb26.12.2025 - 15:00
ADPU-nun nümayəndələri Konstitusiya Məhkəməsində olublar - Foto 26.12.2025 - 14:46
ADPU-da Heydər Əliyevin ideyaları müzakirə olundu - Foto 26.12.2025 - 14:30
ADU-da “Hindistan mədəniyyəti və incəsənəti” mövzusunda tədbir keçirilib26.12.2025 - 14:14
ADU-da “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib - Foto 26.12.2025 - 14:00
Azərbaycanda insan alveri qurbanlarının sayı iki dəfə azalıb26.12.2025 - 13:48
Elm və təhsil nazirinin yanvar ayı üçün qəbul günü açıqlanıb26.12.2025 - 13:39
İlham Əliyev Qarabağ Universitetindən danışarkən duyğulandı26.12.2025 - 13:27
Bakı metrosunda bayram günlərində iş saatı uzadılacaq26.12.2025 - 13:16