1962-ci il dekabrın 27-də Azərbaycanın azadlığı və milli suverenliyi uğrunda mübarizə aparmaq məqsədilə Milli Azadlıq Qərargahı təsis olunub.
"Tehsil365" xəbər verir ki, Bu qərargah ölkədə sovet totalitar rejiminə qarşı mütəşəkkil mübarizənin təşkili və milli düşüncənin təbliği baxımından mühüm tarixi əhəmiyyət daşıyırdı.
Qərargahın yaradılması dövrün ağır siyasi və ideoloji şəraitində, repressiya təhlükəsi altında fəaliyyət göstərən maarifçi və milli fəalların təşəbbüsü ilə baş tutub. Onlar Azərbaycanın müstəqilliyi, ana dilinin qorunması, xalqın milli kimliyinin bərpası uğrunda gizli şəkildə fəaliyyət göstərirdilər.
Milli Azadlıq Qərargahı sonralar 1980-90-cı illərdə geniş vüsət alan azadlıq hərəkatına ideoloji zəmin yaratmış, Azərbaycanın müstəqillik yolundakı mübarizə tarixində önəmli mərhələlərdən biri kimi yadda qalmışdır.

