Eramızdan əvvəl 66-cı ildə Azərbaycanın qədim dövlətlərindən biri olan Qafqaz Albaniyasının hökmdarı Oroys və Roma sərkərdəsi Gney Pompey arasında mühüm hərbi toqquşma — Kür döyüşü baş vermişdir.
"Tehsil365" xəbər verir ki, Bu döyüş Roma imperiyasının Şərq yürüşləri çərçivəsində baş tutmuşdu. Alban hökmdarı Oroys öz ordusu ilə Roma işğalçılarına qarşı vuruşsa da, Pompeyin yaxşı təşkilatlanmış və peşəkar ordusuna qarşı üstünlük əldə edə bilmədi.
Kür çayı sahilində baş verən bu döyüş Roma imperiyasının Cənubi Qafqazdakı təsirini gücləndirsə də, albanların mübarizə ruhunu sarsıtmadı. Tarixi mənbələrə görə, döyüşdən sonra Oroys Pompeylə sülh bağlamağa məcbur oldu, lakin Albaniya dövlətçiliyi qorunub saxlanıldı.
Kür döyüşü Azərbaycanın qədim dövlətçilik tarixində mühüm mərhələ hesab olunur və regionun geosiyasi tarazlığında dərin iz buraxmışdır.

