1968-ci ilin 27 dekabr tarixində kosmos tarixinə düşən mühüm hadisə baş verdi — Ayın orbitinə ilk uğurlu insanlı uçuşu həyata keçirən “Apollon 8” kosmik gəmisinin ekipajı Yerə uğurla qayıtdı.
"Tehsil365" xəbər verir ki, NASA tərəfindən həyata keçirilən bu missiyada astronavtlar Frank Borman, James Lovell və William Anders yer almışdı. Onlar 21 dekabr 1968-ci ildə Floridadan kosmosa buraxılmış, Ayın orbitini dövrə vuraraq, bəşəriyyət tarixində ilk dəfə Ayın ətrafında dövrə vuran insanlar olmuşdular.
“Apollon 8” missiyası texniki sınaq olsa da, onun uğurlu nəticəsi daha sonra “Apollon 11” vasitəsilə Ay səthinə ilk enişin (1969) reallaşdırılmasına yol açdı. Missiya həmçinin Yer kürəsinin Ay orbitindən çəkilmiş ilk şəkilləri ilə yadda qaldı. Bu fotolar arasında “Earthrise” (Yer doğması) şəkli xüsusi məşhurluq qazanmışdır.
“Apollon 8” insanlığın kosmosdakı ilk böyük addımlarından biri olaraq tarixə düşdü.

